“Siti” “Barselona”nın Rodri üçün ikinci təklifini də qəbul etmədi

14.08.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İngiltərə vitse-çempionu “Mançester Siti” “Barselona”nın Rodri üçün etdiyi növbəti təklifə də mənfi cavab verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, “Şəhərlilər” kataloniyalıların Rodri üçün təklif etdiyi 60 milyon avroluq ikinci təklifini də qəbul etməyib.
Qeyd edək ki, “Barselona” İspaniya millisinin yarımmüdafiəçisi üçün İngiltərə klubuna 50 və 60 milyon avroluq təkliflər irəli sürmüşdü.
Romano bildirir ki, Mançester klubu 30 yaşlı oyunçunun transferi üçün 80 milyon avro gözləyir.
İddiaya görə, “Barselona” daha bir təklif irəli sürməyə hazırlaşır.
Xatırladaq ki, Rodri son İngiltərə çempionatında 21 oyunda iştirak edib və 1 qol vurub. O bu yay həmçinin İspaniya millisi ilə dünya çempionu ünvanını qazanıb və mundialın ən yaxşı futbolçusu seçilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью