“Siti” “Barselona”nın Rodri üçün ikinci təklifini də qəbul etmədi
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
İngiltərə vitse-çempionu “Mançester Siti” “Barselona”nın Rodri üçün etdiyi növbəti təklifə də mənfi cavab verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O bildirib ki, “Şəhərlilər” kataloniyalıların Rodri üçün təklif etdiyi 60 milyon avroluq ikinci təklifini də qəbul etməyib.
Qeyd edək ki, “Barselona” İspaniya millisinin yarımmüdafiəçisi üçün İngiltərə klubuna 50 və 60 milyon avroluq təkliflər irəli sürmüşdü.
Romano bildirir ki, Mançester klubu 30 yaşlı oyunçunun transferi üçün 80 milyon avro gözləyir.
İddiaya görə, “Barselona” daha bir təklif irəli sürməyə hazırlaşır.
Xatırladaq ki, Rodri son İngiltərə çempionatında 21 oyunda iştirak edib və 1 qol vurub. O bu yay həmçinin İspaniya millisi ilə dünya çempionu ünvanını qazanıb və mundialın ən yaxşı futbolçusu seçilib.
Bu mövzuda digər xəbərlər:Barselona Rodri üçün Mançester Siti yə üçüncü təklifini hazırlayır
14 Avqust 2026 12:19
“Siti” Rodri üçün “Barselona”ya endirim etməyəcək
08 Avqust 2026 22:04
Barselona nın futbolçusu ərəblərin təklifini qəbul etmədi
08 Aprel 2026 18:27
“Siti”nin futbolçusu “Barselona”nın radarında
14 Yanvar 2026 00:38
“Siti” “Barselona”nın təkliflərindən məyus olub
14 Avqust 2026 21:14
Baxış sayı:176
Bu xəbər 14 Avqust 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















