Siyasət və İqtisadiyyatın dialoqu” və ya İqtisadçılar haqlıdır, yoxsa hüquqşünaslar? | Icm…
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır. Əvvəllər siyasətin yalnız siyasətçilər üçün vacib olduğunu düşünürdüm.
Lakin zamanla anladım ki, siyasət təkcə dövlət idarəçiliyi üçün deyil, eyni zamanda gündəlik qərarlarımızın ayrılmaz tərkib hissəsidir.
Siyasi bilik və siyasi davranış hər bir fərdin sosial və iqtisadi mühitdə mövqeyini müəyyənləşdirməsi, hüquqlarını qoruması və cəmiyyətə təsir göstərməsi üçün vacibdir.Siyasət elmi tarixin dərin qatlarından süzülüb gələn, insan cəmiyyətinin inkişafını və idarəetmənin mahiyyətini araşdıran bir sahədir.
Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S.
Consun qələmə aldığı “Siyasət elminə giriş” kitabı akademik və praktik yanaşmaları özündə birləşdirən fundamental bir mənbədir.
TEAS Press Nəşriyyat evi tərəfindən 2019-cu ildə çap edilən bu kitab, siyasətin əsaslarını, siyasi münasibətləri, siyasi institutları, ideologiyaları, beynəlxalq münasibətləri və siyasi iqtisadiyyatı təhlil edərək oxucunu bilgilərlə silahlandırır.
Kitab siyasi elmin əsas çərçivəsini təqdim edir və oxucuya siyasətin nəzəri və tətbiqi tərəflərini anlamağa kömək edir.
Müəlliflər siyasi quruluşları tarixi kontekstdə izah edərək dövlətlərin idarəetmə formalarını, demokratiyanın inkişafını və avtoritar sistemlərin xüsusiyyətlərini detallı şəkildə müzakirə edirlər.
Tam oxu
Xəbəri oxu