Icma.az
close
up
RU
Siyasət və İqtisadiyyatın dialoqu” və ya İqtisadçılar haqlıdır, yoxsa hüquqşünaslar?

Siyasət və İqtisadiyyatın dialoqu” və ya İqtisadçılar haqlıdır, yoxsa hüquqşünaslar?

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Əvvəllər siyasətin yalnız siyasətçilər üçün vacib olduğunu düşünürdüm. Lakin zamanla anladım ki, siyasət təkcə dövlət idarəçiliyi üçün deyil, eyni zamanda gündəlik qərarlarımızın ayrılmaz tərkib hissəsidir. Siyasi bilik və siyasi davranış hər bir fərdin sosial və iqtisadi mühitdə mövqeyini müəyyənləşdirməsi, hüquqlarını qoruması və cəmiyyətə təsir göstərməsi üçün vacibdir.
Siyasət elmi tarixin dərin qatlarından süzülüb gələn, insan cəmiyyətinin inkişafını və idarəetmənin mahiyyətini araşdıran bir sahədir. Maykl Rozkin, Robert L. Kord, Ceyms A. Mideyros və Valter S. Consun qələmə aldığı “Siyasət elminə giriş” kitabı akademik və praktik yanaşmaları özündə birləşdirən fundamental bir mənbədir. TEAS Press Nəşriyyat evi tərəfindən 2019-cu ildə çap edilən bu kitab, siyasətin əsaslarını, siyasi münasibətləri, siyasi institutları, ideologiyaları, beynəlxalq münasibətləri və siyasi iqtisadiyyatı təhlil edərək oxucunu bilgilərlə silahlandırır.
Kitab siyasi elmin əsas çərçivəsini təqdim edir və oxucuya siyasətin nəzəri və tətbiqi tərəflərini anlamağa kömək edir. Müəlliflər siyasi quruluşları tarixi kontekstdə izah edərək dövlətlərin idarəetmə formalarını, demokratiyanın inkişafını və avtoritar sistemlərin xüsusiyyətlərini detallı şəkildə müzakirə edirlər. Xüsusilə dövlətin funksiyaları, hüquq sisteminin rolu və seçki institutlarının əhəmiyyəti kimi mövzular dərindən araşdırılır. Bundan əlavə, əsər siyasi qərarvermə prosesinin psixoloji və sosioloji aspektlərini də vurğulayır. İnsan cəmiyyəti, ehtiyaclarla, qorxularla, arzularla yoğrulmuş mürəkkəb bir sistemdir və siyasət bu sistemin hərəkətverici qüvvəsidir. Müəlliflər siyasətin yalnız hökumət səviyyəsində deyil, həm də sosial qrupların, fərdlərin və iqtisadi institutların qərarları üzərində təsirini də incələyirlər.
“Siyasət elminə giriş” kitabını oxuduqdan sonra, öyrənirik ki, siyasət yalnız institutlar və qanunlarla məhdudlaşmır, o, həm də insanın düşüncə və davranışlarını formalaşdırır. Eyni zamanda oxucu öyrənir ki, siyasət təkcə fitri istedad deyil, həm də öyrənilə bilən bir bacarıqdır.
Kitabda, həmçinin hər zaman aktual olan: "İqtisadçılar haqlıdır, yoxsa hüquqşünaslar?" - sualına da aydınlıq gətirilir.
Hüquq cəmiyyətin qaydalarını müəyyənləşdirir, iqtisadiyyat isə onun inkişafına təkan verir. Həqiqət bu iki sahənin uzlaşmasında və qarşılıqlı əməkdaşlığında gizlidir. Hüquq olmadan iqtisadiyyat xaosa sürüklənər, iqtisadiyyat olmadan isə qanunlar yalnız kağız üzərində qalar.
İqtisadiyyat və siyasət bir-birindən ayrılmazdır, bu, tarixən sübut olunmuş bir həqiqətdir. Kitab siyasi iqtisadiyyatın əsas prinsiplərinə toxunaraq, bazar münasibətləri, dövlət müdaxiləsi və iqtisadi sistemlərin siyasi qərarlara təsirini təhlil edir. Xüsusilə dövlətlərin maliyyə siyasəti, vergilər, büdcə planlaması və makroiqtisadi göstəricilərin siyasi nəticələri barədə dərin analizlər təqdim olunur. Bu yanaşma oxucunun təkcə siyasəti deyil, həm də onun iqtisadi nəticələrini dərk etməsinə kömək edir. Necə ki, bir ölkənin iqtisadiyyatı zəiflədikdə siyasi gərginliklər artır, eyni zamanda güclü iqtisadiyyat sabit siyasi sistemin bünövrəsini təşkil edir. Müəlliflər bu qarşılıqlı əlaqəni müxtəlif nəzəriyyələr və tarixi nümunələrlə izah edirlər.
Siyasət sərt qanunlarla, dəqiq strategiyalarla, soyuq hesablamalarla doludur. Amma insan ruhu bəzən qanunların, rəsmi çıxışların, parlament debatlarının sərtliyinə qarşı üsyan edir və poeziyanın dili ilə danışmaq istəyir. Siyasət bir şeir deyil, amma onun fonunda daim bir ritm var: bəzən ahəngdar, bəzən xaotik. Siyasət də bir növ poeziyaya bənzəyir: ideallar uğrunda mübarizə, gələcəyin naminə planlar, xalqın istəkləri ilə hakimiyyətin strategiyaları arasında gizli bir dialoq. Bəlkə də, ən güclü liderlər siyasəti anlamaqla yanaşı, poeziyanın ruhunu da duymağı bacaranlardır.
“Siyasət Elminə Giriş” kitabı siyasət elminin əsaslarını anlamaq istəyənlər üçün mühüm akademik qaynaq olmaqla yanaşı, siyasətin cəmiyyətə və iqtisadiyyata təsirini dərindən dərk etmək istəyənlər üçün də vacib bir mənbədir. Elmi məzmunu ilə yanaşı, siyasətin fəlsəfi və bəzən poetik tərəflərini də hiss etdirmək gücünə malik olan bu əsər, oxucunun düşüncələrini genişləndirən bir öyrətməndir. Kitab həmçinin, siyasət elminə ilk addım atanlar üçün xüsusilə dəyərli mənbədir.
Kitabdakı bəzi qızıl sətirlər olduğu kimi:
"Bakteriyalar kimi, siyasətdə də bəzi şeylərin öz həyatı olur."
"Təhsil fərdiyyətçiliyi aradan qaldıran milliyətçilik hissini aşılamalıdır."
"Hitlerin həqiqi məqsədi müharibə idi, çünki müharibələr qəhrəmanlar yaradır."
"Demokratiya həm mübahisəli, həm də yoluxucu məsələdir."
"Demokratiya heç də həmişə bərabər azadlıq demək deyil."
"Valideynlər bizim siyasi davranışlarımıza onilliklər boyu təsir edir."
"Təhsil dərəcəsi siyasi baxışlara təsir edir."
"Dostlar və əyləncə yoldaşları da siyasi dəyərləri formalaşdırır."
"Din siyasətdə çox vaxt ən dağıdıcı məsələdir və fikirlərin formalaşmasına böyük töhfə verir."
"Sorğular, sadəcə, ictimai rəyi öyrənmir, onlar həm də ictimai rəyi yaradır."
"Kommunikasiya dəyişikliyin iqtisadiyyatda və ya siyasətdə nəticəsi deyil, səbəbidir."
"Televiziya yalnız birbaşa siyasi mesajlar ötürmür, həm də xəbərləri və ideyaları hər kəsin evinin içinə gətirməklə cəmiyyəti dolayısı ilə dəyişdirir."
"Mədəniyyət nədən yaranır, tarixdən, iqtisadiyyatdan, yoxsa dindən?"
Sonda isə düşünən hər oxucu üçün əsaslı sual yaranır: "Qanunlar siyasəti formalaşdırır yoxsa siyasət qanunları?"
İlahə Ümidli
11 fevral 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see276

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see181

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see138

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see131

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see125

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see124

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see123

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri