Icma.az bildirir, Azvision saytına əsaslanaraq. Hərçənd son həftələr Tramp və Putinin məhəbbəti üzərində qara buludlar dolanır.
Rusiya liderinin Kiyevlə atəşkəs müqaviləsini imzalamaqda tərəddüdünə, qoşunların Ukraynada törətdiyi əməllərə görə kədərlənən Donalda Tramp dostuna qarşı açıq-aşkar qəzəblənir.
Moskvaya danışıqlar masasına oturtmaqdan ötrü həttta mümkün sanksiyaları nəzərdən keçirir.
ABŞ Prezidentinin xarici məsələlər üzrə iki müşaviri, habelə danışıqlardan məlumatlı üçüncü şəxs "məhəbbət macərası"nın son vəziyyəti ilə əlaqədar "The Atlantic" jurnalına müsahibə veriblər.
Onların sözlərinə görə, Tramp Putinin hərəkətlərinə görə özünü alçaldılmış sayır.
"Cənab prezident belə qənaətdədir ki, rusiyalı həmkarı onu, necə deyərlər, yola verir.
Vladimir Putinin Ukraynada müharibəni qurtarmaq istəməməsi prezidenti çox məyus hala salır.
Hərçənd o, Rusiyaya qarşı atacağı növbəti addımı müəyyənləşdirməzdən qabaq "iki həftə gözləyəcəyini" söyləyib.