Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Siyasətdə məhəbbət macərası: Tramp Putindən nə istəyir?

Siyasətdə məhəbbət macərası: Tramp Putindən nə istəyir?

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Hərçənd son həftələr Tramp və Putinin məhəbbəti üzərində qara buludlar dolanır. Rusiya liderinin Kiyevlə atəşkəs müqaviləsini imzalamaqda tərəddüdünə, qoşunların Ukraynada törətdiyi əməllərə görə kədərlənən Donalda Tramp dostuna qarşı açıq-aşkar qəzəblənir. Moskvaya danışıqlar masasına oturtmaqdan ötrü həttta mümkün sanksiyaları nəzərdən keçirir.
ABŞ Prezidentinin xarici məsələlər üzrə iki müşaviri, habelə danışıqlardan məlumatlı üçüncü şəxs "məhəbbət macərası"nın son vəziyyəti ilə əlaqədar "The Atlantic" jurnalına müsahibə veriblər. Onların sözlərinə görə, Tramp Putinin hərəkətlərinə görə özünü alçaldılmış sayır.
"Cənab prezident belə qənaətdədir ki, rusiyalı həmkarı onu, necə deyərlər, yola verir. Vladimir Putinin Ukraynada müharibəni qurtarmaq istəməməsi prezidenti çox məyus hala salır. Hərçənd o, Rusiyaya qarşı atacağı növbəti addımı müəyyənləşdirməzdən qabaq "iki həftə gözləyəcəyini" söyləyib. Bu, Donald Trampın vaxt qazanmaq üçün tez-tez işlətdiyi sevimli ifadədir. Deməli, Tramp-Putin münasibəti təzədən alovlana bilər", - müsahiblər vurğulayırlar.
İki həftəlik möhlət Ukraynadakı müharibədə mümkün dönüş nöqtəsini təxirə salır. Görəsən, Donald Tramp danışıqlardan çəkilərək meydanı Rusiyaya buraxacaq, yoxsa Vladimir Putinə qarşı ilk dəfə qəti mövqe ilə yanaşacaq?
ABŞ Prezidentinin ilk hakimiyyəti dövründə milli təhlükəsizlik müşaviri vəzifəsində çalışmış Con Bolton belə fikirləşir ki, Donald Tramp Vladimir Putindən müəyyən mənada uzaqlaşmağa, aralarına məsafə qoymağa çalışır.
"Yaxşı dostdurlar deyə, fikirləşirdi ki, münaqişəni 24 saata başa çatdıra billəcək. Hərçənd bu qənaəti özünü doğrultmadı. İndi Vladimir Putin həmkarını cırnatmağa başlayıb. Moskvada Trampı ələ salırlar", - Bolton deyir.

(Donald Tramp və sabiq milli təhlükəsizlik müşaviri Con Bolton. 2018-ci il)
Donald Tramp hadisələri bu cür təsəvvürünə gətirməmişdi. Uzun müddət Rusiya liderindən, onun güclü hakimiyyətindən təsirlənmiş, həmkarı ilə münasibət qurmaq naminə böyük səy göstərmişdi. İlk prezidentlik illərində bir neçə dəfə qeyri-rəsmi görüşləri baş tutmuşdu. Tramp 2018-ci ildə Helsinki sammitində Rusiyanın ABŞ-də seçkilərə müdaxiləsi barədə suala cavabında da öz ölkəsinin kəşfiyyat orqanlarının yox, sevimli dostunun tərəfini saxlamışdı.
Prezidentliyə fasilə verdiyi günlərdə Donald Tramp Vladimir Putini "dahi" adlandırmış, Ağ Evə qayıdanda Ukrayna münaqişəsinə "bir gündə həll tapacağını" dəfələrlə vurğulamışdı. Belə düşünürdü ki, əvvəla Ukraynaya "sülh gətirəcək", Vladimir Putinlə birlikdə televiziyada canlı efirə çıxıb müharibənin qurtardığını dünyaya car çəkəcək, nəhayətdə isə sülh üzrə "Nobel" mükafatına layiq görüləcək. Boltonun sözlərinə görə, ABŞ lideri bu mükafatın lap çoxdan həsrətindədir:
"Onun üçün fərqi yoxdur. İstər Ukraynaya, istər Qəzza zolağına, istərsə də Pakistan-Hindistan sərhədinə "sülh gətirmək" niyyəti həmin mükafatı almaq istəyindən xəbər verir".
İkinci hakimiyyətinin ilk aylarında Tramp Rusiya ilə biznes sazişləri bağlamağa can atır, ona görə də müharibənin başlamasında Moskvanı yox, Kiyevi günahlandırırdı. Oval Ofisdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə sərt rəftarı da məhz bu səbəbdən irəli gəlirdi. O, ABŞ-nin Kiyevə kəşfiyyat dəstəyini, hərbi yardımını müvəqqəti dayandırmış, nəticədə Rusiya qoşunları döyüş meydanında xeyli irəliləmişdi.
Donald Tramp hətta belə fikir dilə gətirmişdi ki, sülhə əngəl törədən elə Kiyevin özü, xüsusilə də Prezident Volodimir Zelenskidir. Keçən ay "The Atlantic" jurnalına verdiyi müsahibədə də "ABŞ-nin dəstəyinə nankor çıxan" Zelenskiyə qarşı hirsinin soyumadığı açıq-aşkar görünürdü. Müsahibədən belə başa düşülürdü ki, ABŞ Prezidenti Ukraynaya "ürəyini də verməyə hazırdır", amma Kiyevdə oturan həmkarını görməyə gözü yoxdur.

(Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski. Fevral 2025-ci il)
Gərginliyə baxmayaraq, Volodimir Zelenski martda ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşdı. Hərçənd Moskvadan da oxşar addım gözlənsə də, əksinə, Rusiya Silahlı Qüvvələri Ukrayna şəhərlərinə hücumları son həftələr daha da artırıb.
Jurnalın müsahibləri bildirirlər ki, Donald Tramp rusiyalı həmkarının atəşkəs sazişinə qol qoymaq əvəzinə hücum əmrləri verməsini "itaətsizlik" sayır. Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin İstanbul şəhərində xüsusi görüşü fonunda onlar bir neçə gün qabaq telefonla danışdılar. Hərçənd Tramp iki saatlıq zəng əsnasında Putini hərbi əməliyyatları dayandırmağa razı sala bilmədi. Qəzəblənən Tramp yenə öz ürəyini tvitlərə boşaltdı.
"Rusiyalı həmkarım Vladimir Putinlə münasibətim həmişə çox yaxşı idi, ancaq elə bil onun başına hava gəlib!", - ABŞ lideri özünün "Truth" hesabında yazdı. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə açıqlamasında "ABŞ Prezidentinin həddən artıq emosional reaksiya verdiyini" dilə gətirdi.
Jurnala anonimlik şərti ilə danışan müsahiblərdən biri söyləyir:
"Donald Tramp əvvəl-əvvəl inanırdı ki, Moskva danışıqlara hazırdır. Halbuki Ukrayna atəşkəs təklifi ilə razılaşanda o, Vladimir Putinin "vaxt udmaq taktikası" yürütdüyünü, dialoqa qətiyyən girməyəcəyini anladı. Sanki Trampın başına bir qazan qaynar su tökdülər".
Vladimir Putin, həqiqətən də, birbaşa danışıqlara girməyəcəkmi?
ABŞ və müttəfiqləri belə qənaətdədir ki, Rusiya llideri artıq müharibədə qələbə çaldığına inandığı üçün hər hansı danışıqlara qoşulası deyil. Çünki bu Putinin nəzərində güzəştə getmək, alınmış əraziləri qaytarmaq, Qərbin Ukraynanı silahlandırmasına göz yummaq deməkdir. O, öz fikrincə, NATO-nu sarsıdıb və uğurla pozduğuna və Kiyevi Vaşinqtondan ayıra bilib.
Donald Tramp isə Vladimir Putini hər vəchlə dilə tutmağa çalışır. ABŞ Prezidenti inanır ki, Moskva hücumlarını sürətləndirmək əvəzinə atəşkəs təklifi ilə razılaşsa idi, "onu kədərləndirən" qırğınların da qarşısı alınardı. Görünür, Donald Tramp sentimental adamdır. 2017-ci ildə kimyəvi silahla öldürülən uşaqların çəkildiyi kadrları görüb Suriyaya raket hücumu əmri vermişdi. Ər-Riyadın blokadası ucbatından aclıqdan ölüm təhlükəsi ilə üzləşən yəmənli uşaqların fotoşəkillərini görəndə də Səudiyyə Ərəbistanına məzəmmət yağdırmışdı.
Hazırda Donald Tramp Rusiyaya qarşı həmləsini müəyyənləşdirmək məqsədilə iyunun 2-də İstanbulda keçiriləcək növbəti danışıqları gözləyir. Maraqlıdır ki, danışıqlara bu dəfə Vaşinqtondan heç kəs qoşulmayacaq.
"Prezident yaman səbirsizdir, amma Rusiya-Ukrayna razılaşmasını görmək istəyir. O bu məqsədlə ən ideal yolu seçməyə çalışır, ancaq fikrindən daşınarsa da, təəccüblənməyin".

(Donald Tramp və cənubi karolinalı senator Lindsi Qrem. 2019-cu il)
ABŞ senatorları, o cümlədən ABŞ liderinin müttəfiqi Lindsi Qrem "Rusiya yenə də atəşkəsə razılıq verməsə" Moskvaya qarşı çox sərt sanksiyalar irəli sürməyə hazırlaşır. Hərçənd Ağ Ev belə sərt tədbirlərin nəticələrini: məsələn, qlobal qaz qiymətlərinin mümkün artımını, nəticədə Rusiyadan qaz alan Çin və Hindistanın qəzəblənməsini də nəzərdən qaçırmır.
"Prezident Donald Tramp Rusiya-Ukrayna müharibəsini sələfi Co Baydendən "miras" götürüb. Bu müharibənin həlli naminə çox səy göstərib. Müharibənin tezliklə qurtaracağına ümidvardır. Əgər qurtarmasa, başqa variantları var", - Ağ Evin mətbuat katibi Kerolayn Livit "The Atlantic"ə açıqlamasında deyib.
Rusiyalı həmkarının rəftarından narazı qalan Donald Tramp münaqişəni başa çatdırmaq cəhdindən tamamilə uzaqlaşarsa, bu, əlbəttə, Rusiyanın xeyrinə işləyəcək. Vaşinqtonun təzyiqindən qurtulan Rusiya hərbi əməliyyatları daha da genişləndirəcək. Eyni zamanda, Ukraynaya kəşfiyyat dəstəyi və hərbi yardım yenidən dayandırılarsa, müharibənin taleyi birdəfəlik dəyişəcək. Kiyevi silandırmaq, qorumaq məsələsində Avropa İttifaqına ağır məsuliyyət düşəcək. Əlbəttə, nəzərə almaq lazımdır ki, bütün Avropa ölkələrinin hərbi gücü ABŞ-nin qüvvəsindən xeyli aşağıdadır.
Donald Trampla aralarında son gərginliyə baxmayaraq, Vladimir Putin həmkarı Ağ Evə qayıdandan bəri Vaşinqtondan istədiyi, az qala, hər nə varsa, alıb. Öz ənənəvi müttəfiqlərinə arxa çevirən Donald Tramp əgər, həqiqətən də, danışıqlardan uzaqlaşarsa, yaxud Rusiyaya qarşı hər hansı cəza tədbiri görməzsə, öz sevimli dostuna kömək göstərmiş sayılacaq.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 May 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri