Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Milli dəyərlər ətrafında bütün siyasi qüvvələrin həmrəyliyi önəmlidirİqtidar-müxalifət partiyaları bir araya gələrək, mövcud problemlərin həlli yollarını müzakirə edirlərXəbər verdiyimiz kimi fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa təşkil edilib.
“Hilton” hotelində təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, dövlət qurumlarının rəsmiləri, deputatlar, politoloqlar və media nümayəndələri iştirak ediblər.
Ədalət Vəliyev mövzu ilə bağlı məruzə edib, bu sahədə görülən işlərdən danışıb.
Daha sonra siyasi partiya təmsilçiləri və digər tədbir iştirakçıları çıxış ediblər.
Görüşdə iqtidar-müxalifət münasibətlərinə, tərəflər arasında dialoq məsələsinə də toxunulub.
Tədbir iştirakçıları bu cür təmasları müsbət dəyərləndiriblər.
Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, beş il bundan öncə cənab Prezident ölkədə yeni siyasi münasibətlər sisteminin və dialoq mühitinin formalaşması ilə bağlı cəmiyyətə mesaj verdi.