Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Siyasi dialoq həm də dövlətin sütunlarını gücləndirir RƏYLƏR

Siyasi dialoq həm də dövlətin sütunlarını gücləndirir RƏYLƏR

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli dəyərlər ətrafında bütün siyasi qüvvələrin həmrəyliyi önəmlidir


İqtidar-müxalifət partiyaları bir araya gələrək, mövcud problemlərin həlli yollarını müzakirə edirlər


Xəbər verdiyimiz kimi fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa təşkil edilib. “Hilton” hotelində təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, dövlət qurumlarının rəsmiləri, deputatlar, politoloqlar və media nümayəndələri iştirak ediblər. Ədalət Vəliyev mövzu ilə bağlı məruzə edib, bu sahədə görülən işlərdən danışıb. Daha sonra siyasi partiya təmsilçiləri və digər tədbir iştirakçıları çıxış ediblər. Görüşdə iqtidar-müxalifət münasibətlərinə, tərəflər arasında dialoq məsələsinə də toxunulub. Tədbir iştirakçıları bu cür təmasları müsbət dəyərləndiriblər. 


Millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, beş il bundan öncə cənab Prezident ölkədə yeni siyasi münasibətlər sisteminin və dialoq mühitinin formalaşması ilə bağlı cəmiyyətə mesaj verdi. Deputatın sözlərinə görə, bu siyasətin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyət müəyyənləşdi: 

"Azərbaycanda ilk dəfə olaraq Prezident Administrasiyasının nəzdində siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. 2020-ci ilin fevral-mart aylarından başlayaraq, şöbə rəhbəri hörmətli Ədalət Vəliyevin Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların rəhbərləri ilə görüşləri başladı. İlkin olaraq tanışlıq xarakterli təmaslar oldu. Sonra siyasi partiyaların idarəetmədə baxışları, təklifləri dinlənildi. Ümumilikdə ölkədaxili və xarici məsələlər, regionda baş verən hadisələrlə bağlı siyasi müzakirələrin keçirilməsinə başlanıldı. Müxtəlif platformalar üzərindən görüşlər təşkil olundu. Hətta pandemiya zamanı belə onlayn formada görüşlər keçirildi. İndi də bu əlaqələr davam etməkdədir. 24 siyasi partiyanın iştirakı və çoxsaylı alimlərin, politoloqların iştirakı belə tədbirlərin keçirilməsi təqdirəlayiqdir. Çıxışımda da qeyd etdim ki, belə tədbirlərin ardıcıl keçirməsi, siyasi partiyalarla dialoq mühitinin inkişafı dövlətçilik baxımından çox vacib şərtlərdən biridir. Xüsusi olaraq vurğuladım ki, dialoq mühitinin uğurlu nəticəsini artıq görmüşük. Cüzi istisnalar olmaqla 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında və digər məsələlərdə əksər partiyalar vahid platformadan çıxış ediblər. Bu həmrəylik olduqca vacib məqamdır. Nəzərə alaq, ölkəmizə təzyiqlər var. Belə məqamda siyasi partiyaların hakimiyyətlə eyni mövqedən çıxış etməsi mühümdür. Əlbəttə, partiyaların özünəməxsus yanaşmaları, fərqli fikirləri var və bu, normaldır. Amma elə dövlətçilik, təhlükəsizlik və milli məsələlərdə həmrəylik əsas şərtdir". 


Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də dəyirmi masanı yüksək qiymətləndirib: 

"Tədbirdə ölkənin siyasi inkişafı, yeni reallıqlar və qarşıdakı hədəflər ətrafında əhəmiyyətli müzakirələr aparılması ciddi dönüş nöqtəsi ola bilər. Azərbaycanın tam suverenliyinin bərpası ölkədə siyasi münasibətlər sistemində də yeni mərhələ açıb. İndi qarşımızda duran əsas vəzifə bu yeni dövrə uyğun siyasi dialoqu davam etdirmək, əməkdaşlıq mühitini gücləndirmək və cəmiyyətin müxtəlif siyasi təbəqələri arasında sağlam münasibətlərin qurulmasını təmin etməkdir. Ölkənin gündəlik həyatında siyasi institutların və partiyaların daha aktiv iştirakı, qanunvericilik sahəsində aparılan islahatlar və demokratik proseslərin dərinləşdirilməsi ölkənin gələcək inkişafı üçün vacibdir. İstərdik ki, milli maraqlara xidmət edən inklüziv siyasi mühitin formalaşdırılması və cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində fəal iştirakına yaradılan şərait daha da artsın. Bu kimi müzakirələrin davamlı olması və siyasi qüvvələr arasında sağlam dialoqun gücləndirilməsi Azərbaycanın dayanıqlı inkişafına töhfə verəcək. Bu baxımdan, dəyirmi masa mühüm addımlardan biri kimi qiymətləndirilməlidir”.


Deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də bildirib ki, bu cür görüşlər siyasi dialoq və əməkdaşlıq mühiti yaradır. Parlament üzvünün sözlərinə görə, iqtidar-müxalifət partiyaları bir araya gələrək, mövcud problemlərin həlli yollarını müzakirə edirlər: 

"Milli dəyərlər ətrafında bütün siyasi qüvvələrin həmrəyliyi önəmlidir. Növbəti görüş idi və müsbət qiymətləndirirəm. Ümid edirəm, bu ənənə davam edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri