Siyasi lider real vədlər verməli və bunun həyata keçməsi üçün mümkün imkanlardan istifadə …
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Azərbaycan xalqına vəd edilənləri yerinə yetirdiklərini və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini bərpa etdiklərini bildirib.
Bu barədə Dövlət başçısı Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb.
Prezident liderliyin böyük bir məsuliyyət olduğunu və liderin həmişə öz xalqına münasibətdə ədalətli olmalı olduğunu vurğulayıb: "Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək.
Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır.
Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır".
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, prezidentin bu çıxışında önəmli olan məqam ondan ibarətdir ki, ölkədə rəhbər olmağa, liderlik etməyə can atan şəxslər çoxlu və reallaşması mümkün olmayacaq, vədlər verməkdənsə, real vədlər verməli və bu vədlərin həyata keçirilməsi üçün bütün imkanlarını və potensialını, qabiliyyətini bu istiqamətə sərf etməlidir.
Politoloq hesab edir ki, bu, kifayət qədər doğru bir yanaşmadır, çünki bəzən populist çıxışlar və ya qeyri-real vədlər sonradan bu vəd verən siyasi lider, yaxud onun komandası üçün ciddi problemə çevrilir və vədlər yerinə yetirilmədikdə, cəmiyyətdə ciddi narazılıqlar ortaya çıxır.
Tam oxu
Xəbəri oxu