Icma.az
close
up
RU
Siyasi lider real vədlər verməli və bunun həyata keçməsi üçün mümkün imkanlardan istifadə etməlidir

Siyasi lider real vədlər verməli və bunun həyata keçməsi üçün mümkün imkanlardan istifadə etməlidir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Azərbaycan xalqına vəd edilənləri yerinə yetirdiklərini və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini bərpa etdiklərini bildirib. Bu barədə Dövlət başçısı Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində danışıb. Prezident liderliyin böyük bir məsuliyyət olduğunu və liderin həmişə öz xalqına münasibətdə ədalətli olmalı olduğunu vurğulayıb: "Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır".

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, prezidentin bu çıxışında önəmli olan məqam ondan ibarətdir ki, ölkədə rəhbər olmağa, liderlik etməyə can atan şəxslər çoxlu və reallaşması mümkün olmayacaq, vədlər verməkdənsə, real vədlər verməli və bu vədlərin həyata keçirilməsi üçün bütün imkanlarını və potensialını, qabiliyyətini bu istiqamətə sərf etməlidir. Politoloq hesab edir ki, bu, kifayət qədər doğru bir yanaşmadır, çünki bəzən populist çıxışlar və ya qeyri-real vədlər sonradan bu vəd verən siyasi lider, yaxud onun komandası üçün ciddi problemə çevrilir və vədlər yerinə yetirilmədikdə, cəmiyyətdə ciddi narazılıqlar ortaya çıxır.

Oqtay Qasımov

Oqtay Qasımovun fikrincə, siyasi liderlər dövlətin mənafelərini ön plana qoymaqla, bu istiqamətdə ardıcıl fəaliyyət göstərməlidirlər və hansısa təzyiqlərin olmaması üçün, yaxud təzyiqlərə sinə gərmək üçün kifayət qədər iradəyə sahib olmalıdır.

Politoloq hesab edir ki, bu keyfiyyətlər siyasi iddiası olan liderliyə iddia edən bütün şəxslərə əslində aid olan məsələlərdir.

“İstənilən siyasi lider verdiyi vədlərdə gerçəkçi olmalı, real vədlərlə çıxış etməli, eyni zamanda bu vədlərin həyata keçirilməsi üçün real imkanlardan istifadə etməli və öz dövlətinin, millətinin mənafeləri üçün bütün çətinliklərə sinə gəlməlidir, eyni zamanda bu çətinliklərə baxmayaraq ardıcıl olaraq öz siyasətini həyata keçirməlidir”-deyə Oqtay Qasımov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Fevral 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri