Siyavuş Novruzov: “Kənd qalır iki nəfərin ixtiyarına”

11.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlament komitələrinin birgə iclasında çıxışı zamanı deyib.

“Təbii ki, müəyyən yerlərdə ixtisarlar gedir. Şişirdilmiş rəqəmlər də bəllidir, ayrı-ayrı nazirliklərdə, strukturlarda, o cümlədən də regionlarda icra hakimiyyətləri və yerli icra nümayəndəliklərində də ixtisarlar həyata keçirilir. Elə yerli icra nümayəndəliyi var ki, 4 nəfər işləyir, onun da ikisi ixtisara gedir. Kənd qalır, iki nəfərin ixtiyarına”, - o bildirib.

Komitə sədri əlavə edib ki, bəzən bacarılqı, savadlı kadrlar ixrisara düşür: “Heç olmasa ixtisarları elə aparmaq lazımdır ki, işi bilən və ya apara bilən qalsın. Məsələn, poliklinikalarda, xəstəxanalarda ən savadlı həkimlər ixtisara düşür. Ya iş təcrübəsi azdır, ya da hansısa kateqoriyalara uyğun gəlmədiyinə görə ixtisara düşür. Ona görə bu məsələyə diqqət yetirmək lazımdır”. 

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью