Siyavuş Novruzov: “Kənd qalır iki nəfərin ixtiyarına”
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlament komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
“Təbii ki, müəyyən yerlərdə ixtisarlar gedir. Şişirdilmiş rəqəmlər də bəllidir, ayrı-ayrı nazirliklərdə, strukturlarda, o cümlədən də regionlarda icra hakimiyyətləri və yerli icra nümayəndəliklərində də ixtisarlar həyata keçirilir. Elə yerli icra nümayəndəliyi var ki, 4 nəfər işləyir, onun da ikisi ixtisara gedir. Kənd qalır, iki nəfərin ixtiyarına”, - o bildirib.
Komitə sədri əlavə edib ki, bəzən bacarılqı, savadlı kadrlar ixrisara düşür: “Heç olmasa ixtisarları elə aparmaq lazımdır ki, işi bilən və ya apara bilən qalsın. Məsələn, poliklinikalarda, xəstəxanalarda ən savadlı həkimlər ixtisara düşür. Ya iş təcrübəsi azdır, ya da hansısa kateqoriyalara uyğun gəlmədiyinə görə ixtisara düşür. Ona görə bu məsələyə diqqət yetirmək lazımdır”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















