Siz öldürəndə qəhrəmanlıq olsun, biz öldürəndə cinayətkarlıq? | Icma.az
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Ermənitanın nüfuzlu “Hraparak” nəşri Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərovun fotosunu səhifəsinə yerləşdirərək “NİFRƏT DÖVLƏT İDEOLOGİYASI OLA BİLMƏZ, QƏTL İSƏ MÜKAFATA SƏBƏB OLA BİLMƏZ” adlı məqalə dərc edib.Məqalədə fəxrimiz, Azərbaycan bayrağı üçün bütün karyera və həyatını risqə atan Səfərov o bayrağı təhqir edən leytenant erməni zabit Qurgen Marqaryanı 2004-cü il fevralın 19-da Budapeştdə öldürməsinə toxunur.
Nəşr:" Səfərov xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinərək ilk 30 il əfv hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Hərbi rütbəsi qaldırıldı, təltif olundu və Milli Qəhrəman elan edildi.
Onu şərəfləndirmək, örnək kimi təqdim etmək təkcə etnik nifrətə dövlət dəstəyinin təzahürü deyil, həm də dövlət siyasətinin ifadə formasıdır”-deyə yazıb.Bəli, hadisə Budapeştdə 2004-cü ildə baş vermişdi.
Amma bu olaya qədər nələr baş vermişdi, ona da baxaq.Deməli, 1992-ci ilin 26 fevral gecəsi Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdi.
Dişinə qədər müasir silahlarla silahlanmış ermənilər əliyalın Xocalı əhalisini uşaqdan böyüyə qədər nəinki öldürdü, hətta ölümü belə ağılagəlməz işğəncə verərərək həyata keçirdilər.
Qızların namusuna toxunduqdan sonra onları vəhşicəsinə döyür, söyür, ələ salırdılar.
Tam oxu
Xəbəri oxu