Icma.az
close
up
RU
Siz öldürəndə qəhrəmanlıq olsun, biz öldürəndə cinayətkarlıq?

Siz öldürəndə qəhrəmanlıq olsun, biz öldürəndə cinayətkarlıq?

Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Ermənitanın nüfuzlu “Hraparak” nəşri Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərovun fotosunu səhifəsinə yerləşdirərək “NİFRƏT DÖVLƏT İDEOLOGİYASI OLA BİLMƏZ, QƏTL İSƏ MÜKAFATA SƏBƏB OLA BİLMƏZ” adlı məqalə dərc edib.

Məqalədə fəxrimiz, Azərbaycan bayrağı üçün bütün karyera və həyatını risqə atan Səfərov o bayrağı təhqir edən leytenant erməni zabit Qurgen Marqaryanı 2004-cü il fevralın 19-da Budapeştdə öldürməsinə toxunur. Nəşr:" Səfərov xüsusi amansızlıqla qətl törətməkdə təqsirli bilinərək ilk 30 il əfv hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Hərbi rütbəsi qaldırıldı, təltif olundu və Milli Qəhrəman elan edildi. Onu şərəfləndirmək, örnək kimi təqdim etmək təkcə etnik nifrətə dövlət dəstəyinin təzahürü deyil, həm də dövlət siyasətinin ifadə formasıdır”-deyə yazıb.
Bəli,  hadisə Budapeştdə 2004-cü ildə baş vermişdi. Amma bu olaya qədər nələr baş vermişdi, ona da baxaq.


Deməli, 1992-ci ilin 26 fevral gecəsi Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdi. Dişinə qədər müasir silahlarla silahlanmış ermənilər əliyalın Xocalı əhalisini uşaqdan böyüyə qədər nəinki öldürdü, hətta ölümü belə ağılagəlməz işğəncə verərərək həyata keçirdilər. Qızların namusuna toxunduqdan sonra onları vəhşicəsinə döyür, söyür, ələ salırdılar. Hamilə qadınların qarnını yarıb körpəsini itlərə atırdılar. Buna etiraz edən gəncləri isə tankın, BMP-nin arxasına bağlayıb dağlarda- dərələrdə sürütmə çəkirdilər. Əlində heç cib bıçağı olmayan , əhalinin başının dərisini soyur, dişlərini kəlbətinlə dartıb çıxarır, gözlərinə mil keçirirdilər.
Yəqin ki, siz ermənilər Qarabağ hadisələrinin iştirakçışı, ən çox sevdiyiniz ideoloqlarınızdan biri, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabını dəfələrlə ləzzətlə oxumusunuz. Müəllif orda 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
"Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".
Daha bir erməni yazar- Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımında müəllif yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".


Həmin o məşum fevral gecəsində 613 nəfər türk olduğu üçün xüsusi qəddarlıqla öldürən Serj Sarkisyan. Robert Köçəryan, Seyran Ohanyan, Zori Balayan, Vitali Balasanyan, Bako Saakyan, Arkadiy Tadevosyan, Yuri Xaçaturyan, Samvel Babayan, Sason Saroyan, Aram Torqomyan, Manvel Qriqoryan, Vazqen Sarkisyan, Monte Melkonyan və sairlərin hərbi rütbəsi artırılarkən, yüksək vəzifəyə irəli çəkilərkən, onlar dünyaya “qəhrəman” kimi sırınarkən Ermənistanın dövlət ideologiyası nifrət deyildimi?
Təkcə, Xocalıda 613 nəfər azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirmisiniz və biz buna düz 30 il sızıldamışıq, ağlamışıq, amma bağışlamamışıq. Amma lənətə gəlmiş qaniçən toplumun verdiyi dəstəkdən quduran Qurgen Markaryanı cəzalandırılması sizi niyə bu qədər yandırır?Sizcə, bir dövlətin bayrağını nümayişkaranə ayaqqabısını silməyə çalışan erməninin cavabsız qalacağınımı düşünürdünüz?
Bitirin, qurtarın bu nifrət toxumunu...

Səpməyin zəhərinizi...

Səhməyə çalışarsınızsa, 613-1 = 612 nəfərin də qisası alınacaq.

Hələ, Başlıbeldə, Ağdabanda, Qaradağlıda, Quşçularda, Malıbəylidə, Kərkicahanda azərbaycanlı olduğu üçün vəhşicəsinə öldürdüyünüz məsum insanların da sayını həmin o 612 nəfərin üzərinə gələriksə...Bəs, 1988-ci ildə dinc nümayişə çıxmış amma ermənilərin atdığı güllə ilə həyata vida edən silahsız, sursatsız məsum gənclərin - Əli və Bəxtiyarın qisasını neyniyək ?Axı onlar silahlı deyildi... Onda qisasımız ağır olar.. Susun və danışmayın... Düşünü ki, 1992-94-cü illərdə o günahsız azərbaycanlıları öldürməsəydik, indi lənətə gəlmiş Qurgen Markaryan da sağ idi, digərləri də...

Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri