Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Qadın və kişilər arasında ən geniş yayılmış problemlərdən biri sızanaqlar və bununla ba
Bunlar dəri problemi olmaqla yanaşı, həm də estetik baxımdan xoş bir görüntü yaratmır.
İnsanlarda narahatlığa, diskamfort hissinə səbəb olur. Bəs üzdə sızanaqların yaranma səbəbləri nələrdir?
Hansı hallarda sızanaqlardan sonra üzdə ləkələr, çapıqlar yaranır? Problemdən ev şəraitində qurtulmaq mümkündürmü?
Mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran dermatoloq Elçin Sadıqov deyir ki, stress və həyəcan sızanağı artıran əsas səbəblərdən biridir: "Xüsusilə tələbələrin imtahanlara hazırlaşdığı vaxt stressli vaxtdır.
Bu dövrlərdə adətən sızanaqlar artmağa meylli olur. Üz dərisinə qulluq zamanı həssas davranmaq lazımdır.
Yüngül, dərini soymayan təmizlik vasitələrindən istifadə etmək lazımdır.
Bu zaman xüsusilə qadınlar üz dərisindəki məsamələri bağlamayan kosmetik vasitələrdən istifadə etməlidirlər" Həkim bildirir ki, sızanaqlar müalicə olunan bir xəstəlikdir: "Amma sızanaqların müalicəsi uzun müddətlidir və qısa müddət ərzində möcüzəvi dəyişikliklər gözləmək doğru deyil.