Icma.az
close
up
RU
Sızanaqları sıxmayın, yoxsa... Dermatoloqdan MƏSLƏHƏTLƏR

Sızanaqları sıxmayın, yoxsa... Dermatoloqdan MƏSLƏHƏTLƏR

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Qadın və kişilər arasında ən geniş yayılmış problemlərdən biri sızanaqlar və bununla bağlı üzdə yaranan ləkələr, çapıqlardır.

Bunlar dəri problemi olmaqla yanaşı, həm də estetik baxımdan xoş bir görüntü yaratmır. İnsanlarda narahatlığa, diskamfort hissinə səbəb olur. Bəs üzdə sızanaqların yaranma səbəbləri nələrdir? Hansı hallarda sızanaqlardan sonra üzdə ləkələr, çapıqlar yaranır? Problemdən ev şəraitində qurtulmaq mümkündürmü?

Mövzu ilə bağlı ailem.az-ın suallarını cavablandıran dermatoloq Elçin Sadıqov deyir ki, stress və həyəcan sızanağı artıran əsas səbəblərdən biridir: "Xüsusilə tələbələrin imtahanlara hazırlaşdığı vaxt stressli vaxtdır. Bu dövrlərdə adətən sızanaqlar artmağa meylli olur. Üz dərisinə qulluq zamanı həssas davranmaq lazımdır. Yüngül, dərini soymayan təmizlik vasitələrindən istifadə etmək lazımdır. Bu zaman xüsusilə qadınlar üz dərisindəki məsamələri bağlamayan kosmetik vasitələrdən istifadə etməlidirlər"

Həkim bildirir ki, sızanaqlar müalicə olunan bir xəstəlikdir: "Amma sızanaqların müalicəsi uzun müddətlidir və qısa müddət ərzində möcüzəvi dəyişikliklər gözləmək doğru deyil. Tətbiq olunan müalicə nə olursa-olsun səbr və təmkinlə, düzgün yerinə yetirilməlidir".

O söyləyir ki, müalicənin əsas məqsədi dəri səthində yağ ifrazını, səpkilərin sayını və şiddətini azaltmaqdır: "Əsas məqsəd ləkələrin və çapıqların yaranmasının qarşısını almaqdan ibarətdir. Müalicənin effekti ən tez 1 ay sonra hiss olunmağa başlayır. Lakin ortalama 80 faiz və daha çox sağalmanın əldə olunması üçün müalicənin 2-4 ay aparılması məqsədə uyğundur. Sızanaqların müalicəsində xəstəliyin şiddətindən asılı olaraq müxtəlif dərman preparatları istifadə olunur. Bu zaman sistemik və yerli antibiotiklər, hormonal preparatlar və digər dərmanlar təyin olunur. Sızanaqlardan sonra qalan ləkələr və çapıqlar üçün müxtəlif pilinqlər və lazerlərdən istifadə olunur".

E. Sadıqov məlumat verir ki, üzdə ən çox rast gəlinən akne izləri aşağıdakılardır:

1. Akne sonrası əmələ gələn piqmentasiya - ləkə
2. Akne sonrası əmələ gələn atrofik izlər - çopur
3. Akne sonrası əmələ gələn hipertrofik izlər - kelloid (çapıq)

Akne izlərinin müalicəsində bir çox üsullar istifadə olunur. Lakin son zamanlar ablativ və nonablativ lazer üsulları digərlərindən daha çox effektiv bir üsul kimi istifadə olunur.

Dermatoloqun dediyinə görə, sızanaq müalicəsi alan hər bir pasientin bilməli olduğu bəzi məqamlar mövcuddur: "Acne Vurlgaris (sızanaqlar) bir dəri xəstəliyidir və dermatoloq tərəfindən müalicə olunmalıdır. Sızanaqların müalicəsi üçün hər hansı bir pəhriz saxlamağa ehtiyac yoxdur. Çox tərləmə və günəş şüalarından qorunma burada daha vacibdir. Üz nahiyəsində olan səpkiləri sıxmaq və ya qaşımaq gələcəkdə bunların yerində çapıqların qalma ehtimalını artırır. Sızanaqlar vaxtında müalicə olunmazsa, səpkilərin yerində ləkə və çapıqların qalma ehtimalı çox yüksəkdir.  

Qeyd edim ki, müalicə taktikası hər bir pasientə görə dəyişə bilər. Bu zaman həkim-dermatoloqunuz yaşa, cinsiyyətə, sızanaqların yayılmasına və şiddətinə görə fərqli müalicələr təyin edə bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 03:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see310

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see281

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see265

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see264

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see257

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see256

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see238

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see223

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see220

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see209

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see199

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see194

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see187

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see184

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see169

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri