Lent az saytından alınan məlumata görə, Icma.az bildirir. Siz heç vaxt düşünməzdiniz, amma gündəlik vərdişə çevrilmiş saqqız çeynəməl orqani
Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, alimlərin yeni araşdırması buna aydınlıq gətirib. Saqqız haqqında nə məlum olub?
Yaxınlarda dərc olunan tədqiqat elm dünyasında əsl rezonans doğurub və bir çox insanı bu “zərərsiz” vərdişin sağlamlıq riskləri barədə düşünməyə vadar edib.
Amerikalı alimlərin rəhbərlik etdiyi tədqiqat qrupu ilk dəfə olaraq müxtəlif saqqız növlərinin çeynənməsi zamanı buraxılan mikroplastiklərin miqdarını ölçüb.
Onlar 10 məşhur saqqız markasını analiz ediblər - 5-i sintetik əsaslı, 5-i isə “təbii” kimi təqdim olunanlar.
Pilot eksperimentdə könüllülər 2-dən 20 dəqiqəyə qədər fərqli müddətlərdə bu saqqızları çeynəyiblər – adi istifadəni imitasiya edərək.
Nəticələr necə əldə olunub? Eksperiment zamanı iştirakçıların ağız suyundan nümunələr götürülüb.
Nümunələr müasir analiz metodları ilə öyrənilib, o cümlədən: FTIR infraqırmızı spektroskopiya Smartfon vasitəsilə mikroplastiklərin sayılması üçün xüsusi üsul Bu innovativ yanaşma sayəsində tədqiqatçılar təkcə mikroplastiklərin mövcudluğunu deyil, həm də onların miqdarını və tərkibini dəqiq müəyyən edə biliblər.