Icma.az
close
up
RU
Sizdən gizlədilən saqqızla bağlı şok həqiqət

Sizdən gizlədilən saqqızla bağlı şok həqiqət

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Siz heç vaxt düşünməzdiniz, amma gündəlik vərdişə çevrilmiş saqqız çeynəməl orqanizmə təhlükəli mikroplastik hissəciklərinin mənbəyi ola bilər.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, alimlərin yeni araşdırması buna aydınlıq gətirib.

Saqqız haqqında nə məlum olub?

Yaxınlarda dərc olunan tədqiqat elm dünyasında əsl rezonans doğurub və bir çox insanı bu “zərərsiz” vərdişin sağlamlıq riskləri barədə düşünməyə vadar edib. Amerikalı alimlərin rəhbərlik etdiyi tədqiqat qrupu ilk dəfə olaraq müxtəlif saqqız növlərinin çeynənməsi zamanı buraxılan mikroplastiklərin miqdarını ölçüb. Onlar 10 məşhur saqqız markasını analiz ediblər - 5-i sintetik əsaslı, 5-i isə “təbii” kimi təqdim olunanlar. Pilot eksperimentdə könüllülər 2-dən 20 dəqiqəyə qədər fərqli müddətlərdə bu saqqızları çeynəyiblər – adi istifadəni imitasiya edərək.

Nəticələr necə əldə olunub?

Eksperiment zamanı iştirakçıların ağız suyundan nümunələr götürülüb. Nümunələr müasir analiz metodları ilə öyrənilib, o cümlədən:

FTIR infraqırmızı spektroskopiya

Smartfon vasitəsilə mikroplastiklərin sayılması üçün xüsusi üsul

Bu innovativ yanaşma sayəsində tədqiqatçılar təkcə mikroplastiklərin mövcudluğunu deyil, həm də onların miqdarını və tərkibini dəqiq müəyyən edə biliblər.

Təəccübləndirici nəticələr

Hər 1 qram saqqızdan təxminən 637 milyon mikroplastik hissəcik ifraz olunur!

Bu hissəciklərin 94 faizi ilk 8 dəqiqə ərzində çıxır

Bu o deməkdir ki, bir neçə dəqiqə ərzində yüz milyonlarla mikroskopik plastik hissəciyi uda bilərsiniz

Daha maraqlısı odur ki, “təbii” saqqızlar və sintetik olanlar arasında ciddi fərq aşkarlanmayıb (statistik əhəmiyyət yoxdur, P > 0.8). Analiz zamanı aşkarlanan plastiklər arasında ən çox polietilen və polipropilen daxil olan poliolefinlər rast gəlinib – bu maddələr plastik qablaşdırmalarda geniş istifadə olunur.

Mikroplastiklərin təhlükəsi nədədir?

Tədqiqatçılar bildirirlər ki, müasir dünyada biz hava, su, torpaq və qida vasitəsilə daim mikroplastiklərə məruz qalırıq. Bu araşdırmanın məqsədi saqqızın daha bir potensial mikroplastik mənbəyi olduğunu sübut etmək idi. Alınan göstəricilər “plastik yükümüzü” anlamaq üçün mühüm addımdır.

Əlavə risk – ksilitol

Alimlər, həmçinin şəkər əvəzedicisi kimi istifadə olunan ksilitolun bəzi insanlarda qıcıqlanmış bağırsaq sindromu və köp kimi mədə-bağırsaq narahatlıqlarını gücləndirə biləcəyini də qeyd ediblər.

Nəticə

Saqqız yalnız ağız qoxusunu gizlədən və ya dişləri məşğul edən bir vasitə deyil - o, həm də mikroplastiklərlə dolu, sağlamlıq üçün potensial təhlükəli bir məhsula çevrilə bilər. Hələ ki bu sahədə uzunmüddətli insan araşdırmaları azdır, lakin nəticələr artıq ehtiyatlı olmağa əsas verir.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri