Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətində işləmiş general-mayor Georgi Aleksidze ölkədə baş verən hadisələrlə bağlı silahlı qüvvələrinə müraciət edib.“AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, Aleksidze ölkənin hüququ mühafizə, kəşfiyyat, təhlükəsizlik sahəsində mühüm vəzifələr tutub.
O, Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, təhlükəsizlik nazirinin müavini, Terrorla Mübarizə Mərkəzinin rəhbəri, İnterpolun Milli Bürosunun rəhbəri, Gürcüstan İnformasiya Kəşfiyyat Xidmətinin antiterror bölməsinin rəhbəri olub.
“Cənablar, bu gün, ölkəmizin müstəqilliyinin və gələcək demokratik inkişafının son dərəcə çətin və təhlükəli anında mən Gürcüstanın müstəqilliyinin və azadlığının təminatçısı kimi sizə, Gürcüstan Silahlı Qüvvələrinə müraciət edirəm.
Hörmətli zabitlər və generallar, əminəm ki, hər biriniz vətəninizə xidmət etmək, onu istənilən təhlükədən qorumaq üçün bu çətin və şərəfli peşəni seçmisiniz.
Hazırkı şəraitdə ölkənin Konstitusiya ilə təmin edilmiş inkişafının siyasi kursunu müdafiə etmək və Gürcüstana təkrar müdaxilə təhlükəsindən qaçmaq üçün resurslarla yanaşı, birbaşa məsuliyyətiniz də var”, - general-mayor müraciətində bildirib.
Aleksizde xatırladıb ki, müasir dövr müharibənin yeni formalarına, işğala və müstəqil və demokratik dövlətlərin Rusiya tərəfindən ilhaqına səbəb oldu: “Çox vaxt real təhlükə çox yaxşı maskalanır, ona görə də onu vaxtında tanımaq çətindir.
Bəs son illərdə Gürcüstan Silahlı Qüvvələrinə qarşı necə ədalətsiz davranıldığını, müharibəyə başlamaqda və məğlubiyyətdə necə ittiham edildiyini, milli qəhrəmanlarımızın xatirəsinin necə təhqir və ələ salındığını, gürcü əsgərlərinin necə ayrıseçkiliyə məruz qaldığını və onların ölkənin ali baş komandanının iştirakı ilə necə təhqir edildiyini, gürcü ordusunun döyüş effektivliyini və mənəviyyatını azaltmaq üçün səylərini əsirgəmədiyini sizlər gözlərinizlə görübsüz.