Icma.az
close
up
RU
“Sizin birbaşa məsuliyyətiniz var!...” Gürcü general silahlı qüvvələrə müraiət etdi AzPolitika onlayn siyasiictimai qəzet

“Sizin birbaşa məsuliyyətiniz var!...” Gürcü general silahlı qüvvələrə müraiət etdi AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətində işləmiş general-mayor Georgi Aleksidze ölkədə baş verən hadisələrlə bağlı silahlı qüvvələrinə müraciət edib.

“AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, Aleksidze ölkənin hüququ mühafizə, kəşfiyyat, təhlükəsizlik sahəsində mühüm vəzifələr tutub. O, Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, təhlükəsizlik nazirinin müavini, Terrorla Mübarizə Mərkəzinin rəhbəri, İnterpolun Milli Bürosunun rəhbəri, Gürcüstan İnformasiya Kəşfiyyat Xidmətinin antiterror bölməsinin rəhbəri olub.

“Cənablar, bu gün, ölkəmizin müstəqilliyinin və gələcək demokratik inkişafının son dərəcə çətin və təhlükəli anında mən Gürcüstanın müstəqilliyinin və azadlığının təminatçısı kimi sizə, Gürcüstan Silahlı Qüvvələrinə müraciət edirəm. Hörmətli zabitlər və generallar, əminəm ki, hər biriniz vətəninizə xidmət etmək, onu istənilən təhlükədən qorumaq üçün bu çətin və şərəfli peşəni seçmisiniz. Hazırkı şəraitdə ölkənin Konstitusiya ilə təmin edilmiş inkişafının siyasi kursunu müdafiə etmək və Gürcüstana təkrar müdaxilə təhlükəsindən qaçmaq üçün resurslarla yanaşı, birbaşa məsuliyyətiniz də var”, - general-mayor müraciətində bildirib.

Aleksizde xatırladıb ki, müasir dövr müharibənin yeni formalarına, işğala və müstəqil və demokratik dövlətlərin Rusiya tərəfindən ilhaqına səbəb oldu: “Çox vaxt real təhlükə çox yaxşı maskalanır, ona görə də onu vaxtında tanımaq çətindir. Bəs son illərdə Gürcüstan Silahlı Qüvvələrinə qarşı necə ədalətsiz davranıldığını, müharibəyə başlamaqda və məğlubiyyətdə necə ittiham edildiyini, milli qəhrəmanlarımızın xatirəsinin necə təhqir və ələ salındığını, gürcü əsgərlərinin necə ayrıseçkiliyə məruz qaldığını və onların ölkənin ali baş komandanının iştirakı ilə necə təhqir edildiyini, gürcü ordusunun döyüş effektivliyini və mənəviyyatını azaltmaq üçün səylərini əsirgəmədiyini sizlər gözlərinizlə görübsüz. 10 il ərzində Gürcüstan ordusunun bərpası prosesinə böyük töhfələr vermiş ölkəmizin sadiq tərəfdaşları bu gün düşmən elan edilir. Bu vəziyyətdə onlar bütün yardım və təlim proqramlarını dayandırmağa məcburdurlar ki, bu da əlbəttə ki, yaxın gələcəkdə fəlakətli nəticələr verəcək və Gürcüstanın müdafiə qabiliyyətini kökündən zəiflədəcək. Görünən odur ki, qeyri-legitim, düşmənimiz tərəfindən təriflənən, seçkiləri saxtalaşdıran oliqarxiya nəyin bahasına olursa-olsun ölkə hakimiyyətinin cilovunu ələ keçirməyə çalışır. Mövcud çirkin sistemin Gürcüstan əhalisinə qarşı görünməmiş sistemli zorakılıqları və ölkənin inkişafının konstitusiya kursunun cinayətkar dəyişikliyi fonunda, habelə Rusiyanın gözlənilən yenidən işğalı təhlükəsi qarşısında məsuliyyət vətəni qorumaq, onun müstəqilliyini qoruyub saxlamaq hər birinizin, xüsusilə Baş Qərargahın yüksək və rütbəli zabitlərinin üzərinə düşür”.

General ordunun şəxsi heyətini ölkədə baş verən hadisələrə adekvat münasibət bildirməyə çağırıb: “Gürcü vətənpərvərlərinin qanı yenidən tökülməmiş və bu illər ərzində zəhmətlə qazanılmış müstəqillik itirilməmiş, öz mövqeyinizi aydın şəkildə ifadə etməyin, vətənə və gürcü xalqına sədaqətinizi təsdiq etməyin vaxtı çatıb, əks halda sabah sizə müdafiə etməyə heç nə qalmaya bilər”.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri