Sizin yerinizə utanıram Xanəndədən sərt sözlər

02.11.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xanəndə Rəvanə Əmiraslanlı bəzi ifaçıları sərt tənqid edib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək həmkarlarına irad bildirib. Rəvanə ad çəkmədən bəzi ifaçıların səhnə arxasındakı davranışlarını bəyənmədiyini vurğulayıb:

“Sözüm bəzi ifaçılaradır! Arada vaxt tapıb özünüzə hörmət edin! Özünüzə hörmət etmirsinizsə, heç olmasa, qarşınızdakı insana hörmətlə yanaşmağı bacarın. Bu, hər kəsin borcudur.

Böyük sənətkarlarımıza baxın, onlardan yalnız sənəti deyil, ədəb-ərkanı, davranış mədəniyyətini də öyrənin. Sənət yoldaşı ilə necə rəftar etməyi, həmkarına necə hörmət göstərməyi onların davranışlarından nümunə götürərək öyrənin.

Bəli, bunlar sadə davranış qaydalarıdır. Amma görünür, müəyyən yaşa çatmaq hələ bunları mənimsəmək demək deyil.

Efirə çıxıb özünüzü çox mədəni göstərə bilərsiniz. Ancaq səhnə arxasındakı davranışlarınıza da şahid oluruq. İnsanın mədəniyyəti yalnız kamera qarşısında dediyi sözlərdə deyil, gündəlik rəftarında görünür.

Səhnədə alqış qazanmaq qədər, səhnə arxasında da hörməti qorumağı bacarmaq lazımdır. Sənət yoldaşına hörmət göstərmək insanı kiçiltmir.

İnsan başqasının yerinə utanarmı? Utanarmış... Bəzi davranışlarınız qarşısında sizin yerinizə mən utanıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью