Sizin yerinizə utanıram Xanəndədən sərt sözlər
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xanəndə Rəvanə Əmiraslanlı bəzi ifaçıları sərt tənqid edib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək həmkarlarına irad bildirib. Rəvanə ad çəkmədən bəzi ifaçıların səhnə arxasındakı davranışlarını bəyənmədiyini vurğulayıb:
“Sözüm bəzi ifaçılaradır! Arada vaxt tapıb özünüzə hörmət edin! Özünüzə hörmət etmirsinizsə, heç olmasa, qarşınızdakı insana hörmətlə yanaşmağı bacarın. Bu, hər kəsin borcudur.
Böyük sənətkarlarımıza baxın, onlardan yalnız sənəti deyil, ədəb-ərkanı, davranış mədəniyyətini də öyrənin. Sənət yoldaşı ilə necə rəftar etməyi, həmkarına necə hörmət göstərməyi onların davranışlarından nümunə götürərək öyrənin.
Bəli, bunlar sadə davranış qaydalarıdır. Amma görünür, müəyyən yaşa çatmaq hələ bunları mənimsəmək demək deyil.
Efirə çıxıb özünüzü çox mədəni göstərə bilərsiniz. Ancaq səhnə arxasındakı davranışlarınıza da şahid oluruq. İnsanın mədəniyyəti yalnız kamera qarşısında dediyi sözlərdə deyil, gündəlik rəftarında görünür.
Səhnədə alqış qazanmaq qədər, səhnə arxasında da hörməti qorumağı bacarmaq lazımdır. Sənət yoldaşına hörmət göstərmək insanı kiçiltmir.
İnsan başqasının yerinə utanarmı? Utanarmış... Bəzi davranışlarınız qarşısında sizin yerinizə mən utanıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Noyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















