ŞKTC rəhbərliyi balanslı və realist siyasət icra edərsə, Türk dünyası və Qərb arasında kör…
Bizimyol saytına istinadən Icma.az xəbər verir. “Şimali Kipr Türk Cümhuriyyətində keçirilən son prezident seçkiləri, xüsusilə də müxalifət d
Bəlli məsələdir ki, həmin namizəd Tufan Erhüman idi. Erhüman dəfələrlə çıxışlarında Avropaya inteqrasiyanı xüsusilə qeyd etmişdi.
Müxalifət düşərgəsinin proqramı, əsasən bu tezis üzərində köklənmişdi.
Qalib gələn şəxs də, məhz bu ideya üzərində tərtib olunan bir proqramla çıxış edirdi”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb.
Deputat bildirib ki, yeni prezident Avropa ilə inteqrasiyaya daha açıq baxan namizəd kimi dəyərləndirilə bilər və onun qalib gəlməsi ölkənin xarici siyasət prioritetlərini dəyişəcəyinə dair çox ciddi siqnallar verir.
Deputatın fikrincə, bu dəyişiklik təkcə Kipr məsələsinin gələcəyi üçün deyil, həm də Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası ilə əlaqələrinin istiqaməti baxımından da mühüm əhəmiyyət daşıyır.
Azər Allahverənov “Şimali Kipr Türk Cümhuriyyətinin son zamanlar Türk dünyası ilə əlaqələrinin daha da sıx şəkildə qurulması, Türk Dövlətləri Təşkilatının keçirdiyi bütün zirvə görüşündə müşahidəçi qismində iştirak etməsi və bu fonda Avropaya inteqrasiyaya maraqlı olan şəxsin prezident seçilməsi müəyyən mənada xarici siyasət kursunda müəyyən korreksiyaların edəcəyinə dəlalət kimi göstərilə bilər.
Tam oxu
Xəbəri oxu