Icma.az
close
up
RU
ŞKTC rəhbərliyi balanslı və realist siyasət icra edərsə, Türk dünyası və Qərb arasında körpü qura bilər

ŞKTC rəhbərliyi balanslı və realist siyasət icra edərsə, Türk dünyası və Qərb arasında körpü qura bilər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Şimali Kipr Türk Cümhuriyyətində keçirilən son prezident seçkiləri, xüsusilə də müxalifət düşərgəsinin nümayəndəsinin qalib gəlməsi regionun siyasi dinamikasına şübhəsiz ki, yeni istiqamət verdi. Bəlli məsələdir ki, həmin namizəd Tufan Erhüman idi. Erhüman dəfələrlə çıxışlarında Avropaya inteqrasiyanı xüsusilə qeyd etmişdi. Müxalifət düşərgəsinin proqramı, əsasən bu tezis üzərində köklənmişdi. Qalib gələn şəxs də, məhz bu ideya üzərində tərtib olunan bir proqramla çıxış edirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat bildirib ki, yeni prezident Avropa ilə inteqrasiyaya daha açıq baxan namizəd kimi dəyərləndirilə bilər və onun qalib gəlməsi ölkənin xarici siyasət prioritetlərini dəyişəcəyinə dair çox ciddi siqnallar verir. Deputatın fikrincə, bu dəyişiklik təkcə Kipr məsələsinin gələcəyi üçün deyil, həm də Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyası ilə əlaqələrinin istiqaməti baxımından da mühüm əhəmiyyət daşıyır.

Azər Allahverənov

“Şimali Kipr Türk Cümhuriyyətinin son zamanlar Türk dünyası ilə əlaqələrinin daha da sıx şəkildə qurulması, Türk Dövlətləri Təşkilatının keçirdiyi bütün zirvə görüşündə müşahidəçi qismində iştirak etməsi və bu fonda Avropaya inteqrasiyaya maraqlı olan şəxsin prezident seçilməsi müəyyən mənada xarici siyasət kursunda müəyyən korreksiyaların edəcəyinə dəlalət kimi göstərilə bilər. Burada reallıq bir az fərqlidir. Yeni prezidentin Avropa yönümlü siyasəti beynəlxalq təcridin yumşaldılması, Avropa İttifaqı ilə dialoqun genişləndirilməsi və iqtisadi asılılığın azaldılması məqsədlərinə əsaslanır. Bu da daha çevik bir xarici siyasət kursunun müəyyən olunmasına zəmin yaradır. Bu xətt həm də Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq şəkildə tanınmamasına yönəlmiş bir addım kimi də təqdim olunur”-deyən Azər Allahverənov bildirib ki, bu da faktiki olaraq qətiyyən Türk Dövlətləri Təşkilatı platformasında təmsilçiliyin qarşısını almır və bu istiqamətin həyata keçirilməsi Türkiyə ilə əlaqələrin həssas balansını qorumağı da bir növ zəruri edir.

Deputatın fikrincə, nə qədər də kəskin fikirlər səsləndirilsə belə, bu gün Şimali Kipr Türk Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti əlaqələrinin mövcudluğu Şimali Kipr üçün həyati əhəmiyyətli əlaqələrdir: “Bu, birbaşa olaraq Türkiyə üzərindən Türk dünyasına çıxış və regional baxımından da Şimali Kipr Cümhuriyyəti üçün çox vacibdir”.

Azər Allahverənov qeyd edib ki, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq son illərdə Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə daha fəal surətdə təmsil olunması üçün bir şərait yaradıldı. Deputatın fikrincə, müşahidəçi statusunu əldə etməsi Türk dünyasına inteqrasiya, şübhəsiz ki, Şimali Kipr Türk Cümhuriyyətinə yeni bir "nəfəs" gətirib.

“Avropayönümlü kursun həddən artıq vurğulanması Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatdakı rolunu bir qədər də zəiflədə bilərmiş kimi də görünə bilər. Hətta bəzi hallarda, Ankara ilə siyasi diskurs fərqlərinə də gətirib çıxara bilər. Çünki baxış bucaqları bu baxımdan fərqli ola bilər. Müxalifət düşərgəsində təmsil olunan bir şəxsin sonrakı mərhələdə hakimiyyətə gəldikdən sonra, artıq o kursa uyğun olaraq bir xarici siyasət kursunun həyata keçirilməsi nə dərəcədə effektiv olacaq?! Təbii ki, bunu zaman göstərəcək. Bütün bunlara baxmayaraq, yeni rəhbərliyin siyasəti balanslı və realist şəkildə aparılarsa, Şimali Kipr Türk Cümhuriyyəti həm Avropa ilə, həm də Türk dünyası ilə əlaqələrini uzlaşdıraraq "körpü" dövlətə çevrilə bilər. Bu siyasət Kipr türklərinin həm beynəlxalq aləmdə səsini gücləndirər, həm də Türk dünyasının strateji əhəmiyyətini artırmış olar”.

Deputat bildirib ki, yeni seçilmiş prezidentin Türk Dövlətləri Təşkilatının platformasını itirməyə yönələcək hansısa bir addımlar atması inandırıcı deyil. Azər Allahverənov qeyd edib ki, Avropa ilə yaxınlaşma xətti ideoloji səviyyədə keçərsə, bu, Şimali Kipr Türk Cümhuriyyətinin öz əsas siyasi dayaqlarından biri olan Türk dünyasını tədricən uzaqlaşdıra bilər: “Əgər burada siyasi konyuktura mövqeyindən çıxış edərək konkret olaraq bir növ balanslaşdırılmış xarici siyasət kursu, xüsusilə də praqmatik bir yanaşma sərgilənərsə, təbii ki, fərqli bir mənzərə yarana bilər. Yəni Şimali Kip Türk Cümhuriyyətinə fayda gətirə biləcək bir vəziyyətin yaranmasına səbəb ola bilər. Beləliklə, qarşıdakı dövrdə Şimali Kipr Türk Cümhuriyyəti rəhbərliyinin xarici siyasət, regionda tarazlıq siyasətinin ən əsas nümunələrindən biri kimi qiymətləndirəcək”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri