Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08.12.2025

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


"Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri, əsasən, iki ölkə arasında strateji tərəfdaşlıq statusunun daha da möhkəmləndirilməsi və genişləndirilməsi məqsədi daşıyır. Bu səfər heç şübhəsiz ki, gələcəkdə ölkələr arasında mühüm layihələrin gerçəkləşdirilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, söhbət tək diplomatik əlaqələrdən yox, sistemli şəkildə şaxələnmiş əməkdaşlıqdan gedir:
"Çoxşaxəli əməkdaşlıq yalnız iqtisadi və ticari əlaqələrlə kifayətlənmir. Slovakiya ilə əməkdaşlıq sahələrinə enerji, müdafiə sənayesi, tikinti, bərpa və nəqliyyat kimi istimətlər daxildir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Slovakiya şirkətlərinin bərpa işlərinin aparılması üçün, cəlb olunması planlaşdırılır. Bu hər iki ölkə üçün siyasi və iqtisadi baxımdan önəmlidir. Enerji təhlükəsizliyi və Avropaya qaz tədarükü baxımından, Azərbaycanın rolu, bu istiqamətdə də böyükdür və Slovakiya Avropa İttifaqının üzvü kimi də Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur".
Ekspert bildirib ki, Slovakiya, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir Avropa İttifaqı üzvü olan ölkədir:
"Slovakiya həmçinin Azərbaycana Avropa qapısı funksiyasını yerinə yetirir və həm də Avropa bazarında etibarlı tərəfdaşıdır. Azərbaycan prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi bu səfər, məhz bu baxımdan ölkəmiz üçün əhəmiyyəti böyükdür və Slovakiya-Azərbaycan münasibətlərinə müsbət mənada öz təsirini göstərəcək".
Anar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью