Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya səfəri, əsasən, iki ölkə arasında strateji tərəfdaşlıq statusunun daha da möhkəmləndirilməsi və genişləndirilməsi məqsədi daşıyır. Bu səfər heç şübhəsiz ki, gələcəkdə ölkələr arasında mühüm layihələrin gerçəkləşdirilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, söhbət tək diplomatik əlaqələrdən yox, sistemli şəkildə şaxələnmiş əməkdaşlıqdan gedir:
"Çoxşaxəli əməkdaşlıq yalnız iqtisadi və ticari əlaqələrlə kifayətlənmir. Slovakiya ilə əməkdaşlıq sahələrinə enerji, müdafiə sənayesi, tikinti, bərpa və nəqliyyat kimi istimətlər daxildir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Slovakiya şirkətlərinin bərpa işlərinin aparılması üçün, cəlb olunması planlaşdırılır. Bu hər iki ölkə üçün siyasi və iqtisadi baxımdan önəmlidir. Enerji təhlükəsizliyi və Avropaya qaz tədarükü baxımından, Azərbaycanın rolu, bu istiqamətdə də böyükdür və Slovakiya Avropa İttifaqının üzvü kimi də Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur".
Ekspert bildirib ki, Slovakiya, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir Avropa İttifaqı üzvü olan ölkədir:
"Slovakiya həmçinin Azərbaycana Avropa qapısı funksiyasını yerinə yetirir və həm də Avropa bazarında etibarlı tərəfdaşıdır. Azərbaycan prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi bu səfər, məhz bu baxımdan ölkəmiz üçün əhəmiyyəti böyükdür və Slovakiya-Azərbaycan münasibətlərinə müsbət mənada öz təsirini göstərəcək".
Anar
Bu mövzuda digər xəbərlər:Slovakiya Avropa İttifaqının miqrasiya paktına qarşı çıxıb
08 Dekabr 2025 00:46
Slovakiya Avropa İttifaqının Ukrayna ilə bağlı qərarlarını bloklayacaq
12 Dekabr 2025 18:22
Ukrayna Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır Zelenski
04 Noyabr 2025 21:52
Ermənistan Avropa İttifaqının üzvü olmaq istəyir Paşinyan
14 Yanvar 2026 14:41
Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolu müzakirə olunub
14 İyun 2025 02:04
Baxış sayı:493
Bu xəbər 08 Dekabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















