Icma.az bildirir, Metbuat saytına əsaslanaraq. İqlim dəyişikliyi və bu böhranın nəticələrini yumşaltmaq zərurəti qlobal miqyasda hər kəsi, o
Z. Mustafayeva qeyd edib ki, SOCAR "yaşıl gələcək" üçün qətiyyətli addımlar atmağa sadiqdir: “Bir şirkət olaraq enerji keçidi və transformas
SOCAR neft və qaz dəyər zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən milli neft-qaz şirkətidir.
Lakin 2035-ci ilə qədər həm karbohidrogen, həm də aşağı karbonlu enerji mənbələrindən ibarət diversifikasiya edilmiş portfelə və qlobal enerji liderləri ilə rəqabətə davamlı emissiya profilinə malik milli enerji şirkəti olmaq məqsədimiz var”.SOCAR-ın 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirən vitse-prezident əlavə edib ki, bu məqsədə çatmaq üçün mərhələlər və konkret hədəflər müəyyənləşdirilib: "Belə ki, 2030-cu ilədək adi qaz məşəllərinin tamamilə ləğvi, 2035-ci ilədək korporativ və mütləq emissiyaların 20-30 % azaldılması, metan emissiyalarının sıfıra yaxınlaşdırılması, 2050-ci ilədək qlobal enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən sıfır emissiyalı milli enerji şirkətinə çevrilmək hədəfi mövcuddur".SOCAR-ın transformasiya strategiyasını şərh edən Z.
Mustafayeva bildirib ki, bu proses üç əsas istiqamət üzərində qurulub: "Birinci istiqamət - korporativ karbonsuzlaşma tədbirləri çərçivəsində emissiyaların azaldılması və ekoloji davamlılığa nail olunması nəzərdə tutulur.
İkinci istiqamət üzrə - aşağı karbonlu biznesin inkişafı çərçivəsində günəş, külək, geotermal enerji, yaşıl hidrogen və davamlı yanacaq kimi sahələrin inkişaf etdirilməsi planlaşdırılır.
Nəhayət, üçüncü istiqamət yeni əməliyyat modelinin tətbiqini nəzərdə tutur.
Şirkət 2023-cü ildə enerji keçidi, ətraf mühit və dekarbonizasiyanı əhatə edən yeni bir struktur təsis edib.