Icma.az
close
up
RU
“SOCAR qlobal miqyasda iqlim davamlılığına töhfə verən enerji şirkəti olmağı hədəfləyib”

“SOCAR qlobal miqyasda iqlim davamlılığına töhfə verən enerji şirkəti olmağı hədəfləyib”

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

İqlim dəyişikliyi və bu böhranın nəticələrini yumşaltmaq zərurəti qlobal miqyasda hər kəsi, o cümlədən şirkətləri ciddi tədbirlər görməyə məcbur edir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva COP29 çərçivəsində “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli Cənub-Cənub siyasi dialoqu” mövzusunda keçirilən tədbirdə deyib.

Z. Mustafayeva qeyd edib ki, SOCAR "yaşıl gələcək" üçün qətiyyətli addımlar atmağa sadiqdir: “Bir şirkət olaraq enerji keçidi və transformasiya səyahətinə başlamışıq. SOCAR neft və qaz dəyər zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən milli neft-qaz şirkətidir. Lakin 2035-ci ilə qədər həm karbohidrogen, həm də aşağı karbonlu enerji mənbələrindən ibarət diversifikasiya edilmiş portfelə və qlobal enerji liderləri ilə rəqabətə davamlı emissiya profilinə malik milli enerji şirkəti olmaq məqsədimiz var”.

SOCAR-ın 2050-ci ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəflədiyini bildirən vitse-prezident əlavə edib ki, bu məqsədə çatmaq üçün mərhələlər və konkret hədəflər müəyyənləşdirilib: "Belə ki, 2030-cu ilədək adi qaz məşəllərinin tamamilə ləğvi, 2035-ci ilədək korporativ və mütləq emissiyaların 20-30 % azaldılması, metan emissiyalarının sıfıra yaxınlaşdırılması, 2050-ci ilədək qlobal enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən sıfır emissiyalı milli enerji şirkətinə çevrilmək hədəfi mövcuddur".

SOCAR-ın transformasiya strategiyasını şərh edən Z. Mustafayeva bildirib ki, bu proses üç əsas istiqamət üzərində qurulub: "Birinci istiqamət - korporativ karbonsuzlaşma tədbirləri çərçivəsində emissiyaların azaldılması və ekoloji davamlılığa nail olunması nəzərdə tutulur. İkinci istiqamət üzrə - aşağı karbonlu biznesin inkişafı çərçivəsində günəş, külək, geotermal enerji, yaşıl hidrogen və davamlı yanacaq kimi sahələrin inkişaf etdirilməsi planlaşdırılır. Nəhayət, üçüncü istiqamət yeni əməliyyat modelinin tətbiqini nəzərdə tutur. Şirkət 2023-cü ildə enerji keçidi, ətraf mühit və dekarbonizasiyanı əhatə edən yeni bir struktur təsis edib. Bu, sadəcə müstəqil bir bölmənin yaradılması deyil, həm də bu istiqamətdə işlərin şirkətin bütün fəaliyyətlərinə inteqrasiyasını təmin etməkdir.

Beləliklə, biz şirkətin DNT-sini dəyişdiririk. Bu dəyişiklikləri dəstəkləmək üçün əməliyyat modelini yeniləməli, dəyər zəncirində və strukturda islahatlar aparmalı, eyni zamanda işçi heyətinin bacarıqlarını artırmalıyıq”.

Onun sözlərinə görə, yeni model çərçivəsində SOCAR əsas performans göstəricilərini müəyyənləşdirib və bu göstəriciləri şirkət daxilində tətbiq edərək idarəetmə və motivasiya sistemlərinə inteqrasiya edib: "Bu yanaşma şirkətin bütün sahələrində hədəflərə çatmağa imkan yaradır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Noyabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see212

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see139

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see123

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see115

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see114

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see112

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see111

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see111

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see111

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see110

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see109

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see109

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see109

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see109

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri