Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır. Bu ildən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirk
Axar.az xəbər verir ki, bu barədə "SOCAR Türkiyə" məlumat yayıb.
Əməkdaşlıq çərçivəsində Ankara Esenboğa Hava Limanındakı obyektlərin təbii qaz təchizatı "SOCAR Türkiyə" tərəfindən təmin olunmağa başlanılıb.
Bununla bağlı "SOCAR Türkiyə"nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov və "TAV Hava limanları"nın Hava Limanlarından Məsul Qrup rəhbəri Mete Ernan arasında əməkdaşlıq sazişi imzalanıb.
Sabit qiymətli müqavilə strukturu ilə dəstəklənən bu yeni mərhələnin tədarük təhlükəsizliyini gücləndirməklə yanaşı, "TAV Hava limanları"nın əməliyyat davamlılığına və xərclərin proqnozlaşdırıla bilməsinə töhfə verməsi hədəflənir.
Sözügedən obyektlərin "SOCAR Türkiyə"nin toplayıcılıq portfelinə daxil edilməsi nəticəsində elektrik enerjisi və təbii qaz tədarükü ilə yanaşı, eyni zamanda koqenerasiya obyektinin inteqrasiya olunmuş, səmərəli və effektiv şəkildə idarə edilməsi imkanı yaradılır.
Məlumata görə, qaz və elektrik enerjisinin birlikdə optimallaşdırıldığı bu model sistem balansının gücləndirilməsinə töhfə verir, çoxqatlı portfel idarəetməsi yanaşması isə əməliyyat səmərəliliyini artıran bütöv enerji həlli təqdim edir.
F. İbrahimov əməkdaşlığı belə dəyərləndirib: "Enerji bazarları artıq qaz və elektrik enerjisinin bir-birindən asılı olmadan idarə edildiyi m