Icma.az
close
up
RU
SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bu ildən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə" ilə "TAV Hava limanları" arasında mövcud strateji əməkdaşlıq yeni mərhələyə keçib.

Axar.az xəbər verir ki, bu barədə "SOCAR Türkiyə" məlumat yayıb.

Əməkdaşlıq çərçivəsində Ankara Esenboğa Hava Limanındakı obyektlərin təbii qaz təchizatı "SOCAR Türkiyə" tərəfindən təmin olunmağa başlanılıb. Bununla bağlı "SOCAR Türkiyə"nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov və "TAV Hava limanları"nın Hava Limanlarından Məsul Qrup rəhbəri Mete Ernan arasında əməkdaşlıq sazişi imzalanıb.

Sabit qiymətli müqavilə strukturu ilə dəstəklənən bu yeni mərhələnin tədarük təhlükəsizliyini gücləndirməklə yanaşı, "TAV Hava limanları"nın əməliyyat davamlılığına və xərclərin proqnozlaşdırıla bilməsinə töhfə verməsi hədəflənir. Sözügedən obyektlərin "SOCAR Türkiyə"nin toplayıcılıq portfelinə daxil edilməsi nəticəsində elektrik enerjisi və təbii qaz tədarükü ilə yanaşı, eyni zamanda koqenerasiya obyektinin inteqrasiya olunmuş, səmərəli və effektiv şəkildə idarə edilməsi imkanı yaradılır.

Məlumata görə, qaz və elektrik enerjisinin birlikdə optimallaşdırıldığı bu model sistem balansının gücləndirilməsinə töhfə verir, çoxqatlı portfel idarəetməsi yanaşması isə əməliyyat səmərəliliyini artıran bütöv enerji həlli təqdim edir.

F. İbrahimov əməkdaşlığı belə dəyərləndirib:

"Enerji bazarları artıq qaz və elektrik enerjisinin bir-birindən asılı olmadan idarə edildiyi modellərdən uzaqlaşır. Bu gün rəqabət üstünlüyü həmin resursları birlikdə və effektiv şəkildə optimallaşdıra bilən inteqrasiya olunmuş strukturlardan keçir. "TAV Hava limanları" ilə qurduğumuz bu əməkdaşlıq "SOCAR Türkiyə"nin inteqrasiya edilmiş enerji və "Gas-to-Power" vizyonunun praktik təzahürüdür. Güclü tədarük infrastrukturumuz, sabit qiymətli müqavilə mexanizmlərimiz və toplayıcılıq portfelimiz sayəsində biz yalnız enerji təmin etmir, eyni zamanda sistem balansını və əməliyyat davamlılığını dəstəkləyən əlavə dəyərli həllər təqdim edirik".

M. Ernan isə bildirib ki, hava limanları fasiləsiz fəaliyyət göstərən kritik nəqliyyat infrastrukturlarıdır:

"Əməliyyatlarımızın davamlılığı üçün enerji təhlükəsizliyi əsas prioritetlərimizdəndir. "SOCAR Türkiyə" ilə imzaladığımız bu razılaşma əməkdaşlığımızı daha yüksək səviyyəyə daşıyır. Məqsədimiz sərnişinlərimiz və tərəfdaşlarımız üçün ən yaxşı səyahət təcrübəsini təmin etməkdir. "SOCAR Türkiyə"nin enerji sahəsindəki təcrübəsi və təqdim etdiyi inteqrasiya edilmiş yanaşma əməliyyat davamlılığımız baxımından mühüm əhəmiyyət daşıyır".

Qeyd edək ki, "SOCAR Türkiyə" "Gas-to-Power" vizyonu çərçivəsində "TAV Hava limanları" ilə əməkdaşlığını elektrik enerjisi, təbii qaz və toplayıcılıq fəaliyyətlərini əhatə edən inteqrasiya edilmiş enerji idarəetmə modelinə keçirib. Əməkdaşlıq 2020-ci ildə Milas-Bodrum və Gazipaşa-Alanya hava limanları, eləcə də "TAV Hava limanları"nın mərkəzi ofisi üçün elektrik enerjisi tədarükü ilə başlayıb.

2025-ci ildən etibarən isə bu əməkdaşlıq Ankara Esenboğa və İzmir Adnan Menderes hava limanlarını da əhatə etməklə genişləndirilib. Nəticədə "TAV Hava limanları"nın illik təxminən 75 min MV/saat həcmində elektrik enerjisinə olan tələbatı "SOCAR Türkiyə" tərəfindən qarşılanmağa başlanıb.

Elektrik enerjisi tədarükü ilə başlayan bu proses hazırda qaz və elektrik enerjisinin birlikdə optimallaşdırıldığı inteqrasiya edilmiş enerji idarəetmə modelinə çevrilib. Sözügedən yanaşma əməliyyat davamlılığını, enerji səmərəliliyini və resurslardan effektiv istifadəsini dəstəkləyən kompleks enerji həlli kimi çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 Yanvar 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri