Soçidə vəziyyət gərgindir: Uçuşlar təxirə salındı

04.09.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Soçi Beynəlxalq Hava Limanında 57 reys təxirə salınıb.

“Cebheinfo.az”-ın məlumatına görə, “Aeroflot”, “Pobeda”, “Utair”, “Ural Airlines”, “S7” və “Rossiya” aviaşirkətlərinin sentyabrın 4-ü Moskva vaxtı ilə saat 9:00-da Moskva hava limanlarına həyata keçirməli olduğu  reyslər gecikib.

Bundan başqa, “Rossiya”, “Pobeda”, “Azimut”, “Aeroflot”, “Ural Airlines”, “Smartavia”, “Ikar”, “Severstal”, “Yamal” və “Utair” aviaşirkətlərinin digər istiqamətlərə uçuşları da təxirə salınıb.  

Eyni zamanda, bir neçə beynəlxalq reys də təxirə salınıb. “Red Wings” şirkətinin Təl-Əvivə və Tbilisiyə, “FlyOne Armenia” təyyarəsinin İrəvana, “Belavia” şirkətinin  Minskə, “Iraero” və “Ural Airlines” təyyarələrinin Antalyaya, “Aeroflot” təyyarəsinin İstanbula reysləri təxirə salınıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью