Soçidə vəziyyət gərgindir: Uçuşlar təxirə salındı
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Soçi Beynəlxalq Hava Limanında 57 reys təxirə salınıb.
“Cebheinfo.az”-ın məlumatına görə, “Aeroflot”, “Pobeda”, “Utair”, “Ural Airlines”, “S7” və “Rossiya” aviaşirkətlərinin sentyabrın 4-ü Moskva vaxtı ilə saat 9:00-da Moskva hava limanlarına həyata keçirməli olduğu reyslər gecikib.
Bundan başqa, “Rossiya”, “Pobeda”, “Azimut”, “Aeroflot”, “Ural Airlines”, “Smartavia”, “Ikar”, “Severstal”, “Yamal” və “Utair” aviaşirkətlərinin digər istiqamətlərə uçuşları da təxirə salınıb.
Eyni zamanda, bir neçə beynəlxalq reys də təxirə salınıb. “Red Wings” şirkətinin Təl-Əvivə və Tbilisiyə, “FlyOne Armenia” təyyarəsinin İrəvana, “Belavia” şirkətinin Minskə, “Iraero” və “Ural Airlines” təyyarələrinin Antalyaya, “Aeroflot” təyyarəsinin İstanbula reysləri təxirə salınıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:101
Bu xəbər 04 Sentyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















