Soçidən Kazana qədər... Rusiyada 200 hədəf vurulacaq Sensasion detallar | Icma.az
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya-Ukrayna müharibəsi Qərbin Kiyevi uzaqmənzilli raketlərlə təmin etməsi fonunda kəskin mərhələyə keçib.Hurriyyet.az xəbər verir ki, “Bloomberg” nəşri mənbələrə istinadən Böyük Britaniyanın Ukraynaya çoxsaylı “Storm Shadow” (Fırtına kölgəsi) raketlərini göndərdiyini yazır.
Bu, Britaniyanın baş naziri Keir Starmerin rəhbərliyi dövründə ilk addımdır.Nəşr yazır ki, raketlərin çatdırılması bir neçə həftə öncə baş tutub.
Anonimlik şərti ilə danışan mənbələr bildirir ki, “Storm Shadow” raketləri Kiyevin uzaqmənzilli mərmi ehtiyatı tükəndikdən sonra verilib.
Bu raketlər ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiyadakı hədəfləri vurmaq icazəsi verməmişdən öncə Kiyevə çatdırılıb.
Mənbələr raketlərin dəqiq sayını açıqlamadan imtina ediblər.“The Wall Street Journal” nəşri isə yazır ki, Böyük Britaniyada 822 “Storm Shadow” raketi var.
Hərbi ekspertlərə görə, London öz ehiyatlarını tamamilə tükəndirməkdə maraqlı deyil, bu baxımdan, əlindəki raketlərin təxminən 15 faizini (120-130 ədəd) Kiyevə verə bilər.Rusiya Baş Qərargahı daha öncə Ukraynaya 200-ə qədər raketin verildiyi haqda açıqlama yaymışdı.
“Le Monde” nəşri isə 40 döyüş başlığının verilməsindən yazıb.
Tam oxu
Xəbəri oxu