Icma.az
close
up
RU
Soçidən Kazana qədər... Rusiyada 200 hədəf vurulacaq Sensasion detallar

Soçidən Kazana qədər... Rusiyada 200 hədəf vurulacaq Sensasion detallar

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi Qərbin Kiyevi uzaqmənzilli raketlərlə təmin etməsi fonunda kəskin mərhələyə keçib.
Hurriyyet.az 
xəbər verir ki, “Bloomberg” nəşri mənbələrə istinadən Böyük Britaniyanın Ukraynaya çoxsaylı “Storm Shadow” (Fırtına kölgəsi) raketlərini göndərdiyini yazır. Bu, Britaniyanın baş naziri Keir Starmerin rəhbərliyi dövründə ilk addımdır.
Nəşr yazır ki, raketlərin çatdırılması bir neçə həftə öncə baş tutub. Anonimlik şərti ilə danışan mənbələr bildirir ki, “Storm Shadow” raketləri Kiyevin uzaqmənzilli mərmi ehtiyatı tükəndikdən sonra verilib. Bu raketlər ABŞ və Böyük Britaniyanın Ukraynaya Rusiyadakı hədəfləri vurmaq icazəsi verməmişdən öncə Kiyevə çatdırılıb. Mənbələr raketlərin dəqiq sayını açıqlamadan imtina ediblər.
“The Wall Street Journal” nəşri isə yazır ki, Böyük Britaniyada 822 “Storm Shadow” raketi var. Hərbi ekspertlərə görə, London öz ehiyatlarını tamamilə tükəndirməkdə maraqlı deyil, bu baxımdan, əlindəki raketlərin təxminən 15 faizini (120-130 ədəd) Kiyevə verə bilər.
Rusiya Baş Qərargahı daha öncə Ukraynaya 200-ə qədər raketin verildiyi haqda açıqlama yaymışdı. “Le Monde” nəşri isə 40 döyüş başlığının verilməsindən yazıb. Hesablamalara görə, Ukraynaya 150-ə yaxın qanadlı raket gətirilib.
“WSJ” yazır ki, Birləşmiş Ştatlar və Böyük Britaniya ATACMS və “Storm Shadow” raketlərindən istifadə edilməklə Rusiya dərinliklərində yerləşən 200-ə qədər hədəfi vurmaq haqda razılaşıb. Bu hədəflər Kuzminki, Rostov, Voronej, Soçi, Krım, Kazan və digər böyük şəhərlərdə yerləşir.
“Röyters” agentliyi də hərbi mənbələrdən Rusiyada vurulacaq hədəflərin bir çox böyük şəhərlərin yaxınlığında və daxilində yerləşdiyini təsdiqlədib. Artıq Ağ Ev də Ukraynaya Kurs vilayətində və yaxın ərazilərində hücumlar həyata keçirmək üçün ABŞ istehsalı olan ATACMS raketlərindən istifadəyə icazə verildiyini ilk dəfə təsdiqləyib. Ukrayna ABŞ və digər Qərb ölkələrindən aldığı silahlarla Rusiya ərazisinə hücumlar həyata keçirsə də, indiyə qədər bu, rəsmi şəkildə etiraf edilmirdi. Ağ Evin rəsmi təsdiqi müharibənin Putinin də qeyd etdiyi kimi, “qlobal xarakter” almasından xəbər verir./publika.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Noyabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri