Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hazırda "SOCAR karbamid" zavodunda istehsal edilən məhsul 15-ə yaxın ölkəyə ixrac edilir. Bunlar əsasən, Qara dəniz sahili ölkələridir".
Oxu.Az xəbər verir ki, bu barədə "SOCAR karbamid" zavoduna təşkil edilmiş mediatur zamanı müəssisənin istehsalat şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, zavodun illik istehsal gücü 650-660 min ton həcmindədir: "2024-cü ildə bu rəqəm 652 min tonun üzərində idi.
Bu il üçün istehsal potensialını 660 min tona çatdırmaq niyyətindəyik".
Mütəxəssis zavodun istehsal zəncirini də izah edib: "İstehsal zənciri izah etsəm, qeyd edə bilərəm ki, əsas xammal kimi təbii qaz, su və atmosfer havasından istifadə olunur.
İstehsalımız daxili bazarın tələbini tam ödəyir. Zavod qurularkən müəyyənləşdirilmişdi ki, istehsalın 30%-ə qədəri daxili bazarı təmin etdik
İstehsalın təqribən 20%-i kifayət edir ki, daxili bazarın tələbatını tam ödəyək".