Şöhrət Mirzəyev: Zavodun illik istehsal gücü 650 660 min ton həcmdədir
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Hazırda "SOCAR karbamid" zavodunda istehsal edilən məhsul 15-ə yaxın ölkəyə ixrac edilir. Bunlar əsasən, Qara dəniz sahili ölkələridir".
Oxu.Az xəbər verir ki, bu barədə "SOCAR karbamid" zavoduna təşkil edilmiş mediatur zamanı müəssisənin istehsalat şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, zavodun illik istehsal gücü 650-660 min ton həcmindədir:
"2024-cü ildə bu rəqəm 652 min tonun üzərində idi. Bu il üçün istehsal potensialını 660 min tona çatdırmaq niyyətindəyik".
Mütəxəssis zavodun istehsal zəncirini də izah edib:
"İstehsal zənciri izah etsəm, qeyd edə bilərəm ki, əsas xammal kimi təbii qaz, su və atmosfer havasından istifadə olunur. İstehsalımız daxili bazarın tələbini tam ödəyir. Zavod qurularkən müəyyənləşdirilmişdi ki, istehsalın 30%-ə qədəri daxili bazarı təmin etdikdən sonra yerdə qalan hissəsi xaricə göndərilsin. İstehsalın təqribən 20%-i kifayət edir ki, daxili bazarın tələbatını tam ödəyək".
Ş.Mirzəyev zavodun ixrac imkanlarının mümkün genişləndirilmə potensialından da danışıb:
"Hazırda biz zavodda istehsal edilən karbamidi 15-ə yaxın ölkəyə ixrac edirik. Bunlar əsasən Qara dəniz sahili ölkələridir. Məsələn, Türkiyə, Gürcüstanı qeyd edə bilərəm. Hətta ABŞ, Braziliya, Argentina, İsrail və digər ölkələrə də karbamid gübrəsi ixrac edirik. Hindistan böyük istehsalçı olsa da, biz onlara da karbamid satırıq".
"Daşınma xərclərini azaltmaq üçün daha çox yaxın ölkələrə məhsulumuz ixracı əlverişli hesab edilir. Gələcəkdə ixrac bazarımızın genişləndirilməsi ilə bağlı SOCAR-ın marketinq departamenti araşdırmalar aparır", - deyə zavodun şöbə rəisi əlavə edib.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















