Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tədqiqatçılar müəyyən ediblər ki, çay və şokoladın birlikdə istifadəsi ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.
Bu təsirin əsas səbəbi onların tərkibində olan flavan-3-ol adlı birləşmənin arterial təzyiqi aşağı salmaq qabiliyyətidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" nəşri yazır.
Flavan-3-olların faydaları Flavan-3-ol yalnız çay və şokoladda deyil, üzüm, alma, armud və bəzi giləmeyvələrdə də mövcuddur.
Sürrey Universitetinin ürək-damar təbabəti üzrə professoru Kristian Xayssın dediyinə görə, yüksək təzyiqdən əziyyət çəkən insanlarda bu maddənin təsiri, bəzən təzyiq salan dərmanların təsiri qədər güclü ola bilər.
Əksinə, təzyiqi normal və ya aşağı olan insanlarda bu maddə çox cüzi dəyişiklik yaradır. Təkcə çay və şokolad kifayətdirmi?
Diyetoloq Kevin Park isə bildirir ki, yüksək arterial təzyiqi olan insanlar üçün yalnız çay və şokolad kifayət etməyə bilər.