SOLMAYAN MİLLİ ÇÖHRƏ Rafael Hüseynov yazır | Icma.az
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rafael HÜSEYNOVAkademik O, Azərbaycan Radiosunun canlı rəmzlərindən biri və ən seçkini idi.
1970-ci illərin ortaları və ikinci yarısında - Azərbaycan Radiosunun artıq ömrünün yarım əsrini haqlayıb ikinci yarım əsrini başladığı zamanlarda hamının olan bu Səslər Evinin həm redaktorları, həm texniki işçiləri və həm də elə diktorları arasında köhnə stajlı, bu əziz məkana candan bağlı və adları çəkilincə elə radio düşünülənlər az deyildisə də, Soltan Nəcəfovun yeri başqa idi.
Həm də səbəb yalnız o deyildi ki, Soltan müəllim radionun ən köhnə işçisi idi və səsi 1928-ci ildən etibarən efirdən gəlirdi.
Ondan xeyli cavan Aydın Qaradağlı və həyat yoldaşı Gültəkin Cabbarlının da, Ramiz Mustafayev və Fatma Cabbarovanın da, Sabutay Quliyev və Züleyxa Hacıyevanın da həm adları, həm səsləri bütün Azərbaycana tanışdı və onlar xatırlanınca dərhal radio ağla gəlirdi.
Onlar hamısı və daha neçə-neçə fədakar həmkarlarının hər biri radiomuzun rəmzi sayılmağa layiq idi.
Bu gün, artıq onların həyatda olmadığı çağlarda da belədir, elə sağlıqlarında da həmin cürdü.
Lakin onların da hər biri Soltan Nəcəfova xüsusi ehtiramla yanaşır, onu köhnə radionun canlı ifadəsi kimi qəbul edirdilər.
Tam oxu
Xəbəri oxu