Icma.az bildirir, Saglamolun portalına istinadən. Son vaxtlara qədər yuxuda gəzmə sindromu sehirli və müəmmalı hal kimi qiymətləndirilsə də,
Bəs elm somnambulizm və ya lunatizm adlandırılan həmin halı necə izah edir?
Bəzən lunatizm adlandırılsa da, əslində onun ayla heç bir əlaqəsi yoxdur.
Alimlər hesab edirlər ki, proses yuxudan ayılmanın pozulması nəticəsində baş verir.
Yuxuda gəzmə yuxu ilə ayıqlıq arasında - hipnotik vəziyyətdə baş verir.
Məşhur rus fizioluqu İ.P.Pavlovun dediyi kimi, yuxu zamanı beyin qabığını və qabıqaltı strukturları əhatə edən qoruyucu tormozlanma baş verir.
Somnambulizm zamanı beyin qabığı tormozlandığı halda qabıqaltı strukturlar fəallığını itirmir.
Əslində qabıq da bütünlüklə tormozlanmır, onun ayrı-ayrı hissələri, məsələn, incə hərəkətləri və onların koordinasiyasını təmin edən hərəki analizator, görmə və eşitmə analizatorları oyaq olur.