Icma.az
close
up
RU
Somnambulizm yuxuda gəzmə

Somnambulizm yuxuda gəzmə

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Son vaxtlara qədər yuxuda gəzmə sindromu sehirli və müəmmalı hal kimi qiymətləndirilsə də,  illərlə aparılan tədqiqatlar onun səbəbini aşkar etmişdir.

Bəs elm somnambulizm və ya lunatizm adlandırılan həmin halı necə izah edir? Bəzən lunatizm adlandırılsa da, əslində onun ayla heç bir əlaqəsi yoxdur. Alimlər hesab edirlər ki, proses yuxudan ayılmanın pozulması nəticəsində baş verir.

Yuxuda gəzmə yuxu ilə ayıqlıq arasında - hipnotik vəziyyətdə baş verir. Məşhur rus fizioluqu İ.P.Pavlovun dediyi kimi, yuxu zamanı beyin qabığını və qabıqaltı strukturları əhatə edən qoruyucu tormozlanma baş verir. Somnambulizm zamanı beyin qabığı tormozlandığı halda qabıqaltı strukturlar fəallığını itirmir. Əslində qabıq da bütünlüklə tormozlanmır, onun ayrı-ayrı hissələri, məsələn, incə hərəkətləri və onların koordinasiyasını təmin edən hərəki analizator, görmə və eşitmə analizatorları oyaq olur. Böyük yarımkürələr qabığının tormozlanması hərəkətlər üzərində nəzarətin olmaması və ayılanda etdiklərini xatırlamaması ilə izah edilir.

Yuxuya gedəndə ləng yuxu fazası başlayır və təxminən 60-90 dəqiqə davam edir. Həmin müddətdə yuxu getdikcə dərinləşir və yuxugörmə olmur. Ləng yuxu fazasını əvəz edən tez yuxu mərhələsində əzələlərin tonusu saxlanılır, kiçik yığılmalar baş verir və məhz həmin mərhələdə yuxugörmə baş verir. Mərhələlər bir neçə dəfə bir-birini əvəzləyir.

Maraqlıdır ki, somnambulizm “tutması” dərin ləng yuxu zamanı baş verir. Tədqiqatçılar beynin bioelektrik fəallığını ölçərək somnambulanın yuxuda gördüklərini icra etməsi fikrinin də yanlış olduğu aydınlaşdırıblar.

Çox qısa sürən və yataq otağı ilə məhdudlaşan gecə gəzintiləri ilə yanaşı bir neçə saata qədər davam edən uzunmüddətli “tutmalar” da olur. Qısamüddətli “tutma” yuxunun fazası dəyişmədən keçir. Somnambula yataqdan qalxır, bir neçə kəlimə deyir və sonra uzanaraq yuxusuna davam edir. Uzunmuddətli “tutmaların” EEQ müayinəsində isə yuxululuq və oyanıqlıq mərhələlərinin bir-birini əvəz etməsi aşkar edilir. Həmin vaxt somnambulanın bütün duyğu üzvləri oyaq, gözləri açıq olur, qulaqları səsləri eşidir, hər şeyi hiss edir, müvazinətini ayıqlıqda olduğundan daha yaxşı saxlayır. Gecə gəzintisi zamanı somnambulanın təhlükə hissi çox kütləşmiş olur və ayıqlıq vaxtı icrasına cəsarət etmədiyi bir çox hərəkətləri heyrətamiz dəqiqliklə yerinə yetirir. Məsələn, şahidlər təbiətən qorxaq somnanbulanın gecə gəzintisi zamanı yüksəkmərtəbəli evin eyvan sürahisi üstündə gəzməsi hallarını müşahidə ediblər və yuxudan tam ayılanda onun etdiyi hərəkətlərin heç biri yadında qalmayıb. Hətta somnambula səhər oyananda özünü eyvanda, pilləkənlərdə və ya küçədə gecə paltarında görəndə çox heyrətlənir.

Somnambulizmin ağır xəstəlik olub-olmaması tədqiqatçılar arasında mübahisə doğurur, ona görə ki, tam sağlam orqanizm stress vəziyyətinə qarşı belə reaksiya verə bilər. Hədsiz emosional olanlar da yuxuda tez-tez gəzirlər. Bəzən tam yetkin adamlarda nevroz və ya sinir sisteminin başqa pozulmaları somnambulizm hallarının yaranması ilə üzə çıxır, hətta bu hal epilepsiyanın ilk simptomu ola bilər.

Uşaq və yeniyetmələrdə beyində gedən bioelektrik proseslərin özəllikləri lunatizmə daha çox meyillik yaradır. Bir çox hallarda “xəstəlik” müəyyən vaxtdan sonra öz-özünə keçib gedir. Uşağı ləng yuxu fazasında ehtiyatla ayağa qaldıranda süni şəkildə somnambulizm tutması yaratmaq olar.

Somnambulizmdən əziyyət çəkənləri ilk növbədə nevropatoloq və ya psixiatrın müayinəsindən keçirmək lazımdır. Epilepsiya xəstəliyini inkar etmək üçün mütəxəssisin məsləhəti ilə EEQ və beynin tomoqrafiyası çəkilə bilər. Epilepsiyanın bir əlaməti kimi baş verən somnambuliya zamanı xəstəni yuxudan ayıltmaq mümkün olmur.

Gecə gəzintiləri zamanı somnambulalar çox vaxt müxtəlif xəsarətlər alır və bunun qarşısını almaq üçün xəstələrə yuxu mərhələlərinin korrektorları təyin olunur, ləng yuxu fazası preparatlar vasitəsilə qısaldılır. Həmin məqsədlə Sedativ çay, Nevronat şərbəti və Nat-Sedativ kapsulundan istifadə edilə bilər. Somnambulaların və onların yaxınlarının əsas narahatlığı fiziki travmalardan olur, çünki öz hərəkətlərinə tam nəzarət edə bilmədiklərinə görə gecə gəzintiləri zamanı çarpayıdan, masanın üstündən və hətta pəncərədən də düşə bilərlər. Somnambulaların evdən çıxıb getdikləri və avtomobilə əyləşərək, uzaqlaşdıqları hallar da baş verir. Gecə gəzintilərinin faciələrlə yekunlaşmaması üçün yatmazdan əvvəl evin və avtomobilin açarlarını gizlətmək lazımdır.

Əgər yuxuda gəzmə halları tez-tez baş verirsə pəncərələrə dəmir hasar vurdurmaq, evdə olan iti və təhlükəli əşyaları mümkün qədər yığışdırmaq məsləhətdir. Bəzi somnambulalar acı təcrübələrin nəticələrini yaşadıqlarına görə özlərini yatağa bağlayır, çarpayının ətrafında döşəməyə soyuq suyla dolu ləyən və ya yaş əski qoyurlar. Lakin bəzən belə tədbirlər də fayda vermir, çünki somnambula kəndiri açmağa və ya ləyənin kənarından keçməyə cəhd göstərir. Ona görə də xəstənin yataq otağında tək yatmaması və yaxınlarından birinin gecə ona nəzarət etməsi olduqca önəmlidir.

Mənbə: Herba Flora jurnalı


Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri