Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Günəşdə qeydə alınan çox güclü partlayışın ardınca formalaşan şiddətli Günəş fırtınasının yaxın saatlarda Yerə təsir göstərəcəyi bildirilir.
Bizimyol.info xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, bazar ertəsi axşamı ilə bu səhər saatları arasında normalda bu hadisənin görünmədiyi bölgələrdə belə şimal işıqlarını izləmək mümkün ola bilər.
Bununla yanaşı, fırtınanın peyk əsaslı rabitə şəbəkələrində və GPS sistemlərində müvəqqəti pozuntulara səbəb ola biləcəyi də vurğulanır.
ABŞ Milli Hava Xidmətinə bağlı Kosmik Hava Şəraiti Proqnoz Mərkəzi (SWPC) hadisəni 5 ballıq şkala üzrə 4-cü səviyyə kimi qiymətləndirib.
"SWPC"nin məlumatına görə, bu, son 20 ilin ən güclü Günəş fırtınasıdır.
Oxşar gücdə fırtına sonuncu dəfə 2003-cü ilin oktyabrında müşahidə edilib.
Rəsmilərin bildirdiyinə görə, bu cür fırtınalar xüsusilə kosmik missiyalara, aviasiyaya və peyk əməliyyatlarına ciddi təsir göstərir.