Son 20 ilin ən güclü Günəş fırtınası: Alimlər xəbərdarlıq edir
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, bazar ertəsi axşamı ilə bu səhər saatları arasında normalda bu hadisənin görünmədiyi bölgələrdə belə şimal işıqlarını izləmək mümkün ola bilər.
Bununla yanaşı, fırtınanın peyk əsaslı rabitə şəbəkələrində və GPS sistemlərində müvəqqəti pozuntulara səbəb ola biləcəyi də vurğulanır.
ABŞ Milli Hava Xidmətinə bağlı Kosmik Hava Şəraiti Proqnoz Mərkəzi (SWPC) hadisəni 5 ballıq şkala üzrə 4-cü səviyyə kimi qiymətləndirib.
"SWPC"nin məlumatına görə, bu, son 20 ilin ən güclü Günəş fırtınasıdır. Oxşar gücdə fırtına sonuncu dəfə 2003-cü ilin oktyabrında müşahidə edilib.
Rəsmilərin bildirdiyinə görə, bu cür fırtınalar xüsusilə kosmik missiyalara, aviasiyaya və peyk əməliyyatlarına ciddi təsir göstərir. 2003-cü ildə baş verən Günəş fırtınası zamanı İsveçdə elektrik enerjisi kəsintiləri yaşanmış, Cənubi Afrikada isə transformatorlar zədələnmişdi.
Belə fırtınalar aşağı Yer orbitində olan astronavtlar üçün radiasiya riskinin artması deməkdir. Eyni təhlükə qütb marşrutları üzrə uçan sərnişin təyyarələri üçün də keçərlidir.
"SWPC" hava yolu şirkətlərini, NASA-nı, ABŞ Federal Aviasiya Administrasiyasını (FAA), Fövqəladə Halların İdarə Edilməsi Agentliyini (FEMA) və elektrik şəbəkəsi operatorlarını mümkün risklərə qarşı qabaqlayıcı tədbirlər görmələri üçün məlumatlandırıb.
Alimlər həmçinin aktiv Günəş ləkəsi bölgəsindən yaxın günlərdə yeni partlayışların baş verə biləcəyini və onların da Yerə yönəlmə ehtimalının yüksək olduğunu bildirirlər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 20 Yanvar 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















