Icma.az, Qafqazinfo saytına istinadən bildirir. “Ayntraxt”ın kapitanı Robin Koç UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun Bakıda
“Qafqazinfo” xəbər verir ki, almaniyalı mərkəz müdafiəçisi onları qarşıda vacib oyunların gözlədiyini deyib: “Fürsətdən istifadə edərək, kom
Meydanda çox əylənirdik və hər zaman yaxşı ab-hava var idi. Mən onunla şəxsən danışmışam, amma bunu burada bir daha vurğulamaq istədim.
Futbolda bəzən belə olur, indi bizim üçün əsas olan baxışlarımızı gələcəyə yönəltməkdir.
Bizi qarşıda vacib oyunlar gözləyir, mümkün qədər tez dəyişiklik etməli və qələbələr qazanmalıyıq.
Son oyunlarda həddindən artıq yanlış qərarlar vermişik. Hamı hər zaman maksimumunu ortaya qoymaq istəyirdi.
Gələcəkdə birlikdə çıxış etməli və buraxdığımız qollarla bağlı problemləri nəzarət altına almalıyıq.
Azarkeşlərimizin bizim üçün nə qədər önəmli olduğunu hamı bilir. Sabah yanımızda olmasalar da, arxamızda olduqlarını bilirik”.