“Son oyunlarda həddindən artıq yanlış qərarlar vermişik” “Ayntraxt”ın kapitanı
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Ayntraxt”ın kapitanı Robin Koç UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun Bakıda “Qarabağ”la keçiriləcək oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, almaniyalı mərkəz müdafiəçisi onları qarşıda vacib oyunların gözlədiyini deyib:
“Fürsətdən istifadə edərək, komanda adından keçmiş baş məşqçimiz Dino Toppmöllerə birlikdə keçirdiyimiz uğurlu vaxta görə təşəkkür etmək istəyirəm. Meydanda çox əylənirdik və hər zaman yaxşı ab-hava var idi. Mən onunla şəxsən danışmışam, amma bunu burada bir daha vurğulamaq istədim. Futbolda bəzən belə olur, indi bizim üçün əsas olan baxışlarımızı gələcəyə yönəltməkdir. Bizi qarşıda vacib oyunlar gözləyir, mümkün qədər tez dəyişiklik etməli və qələbələr qazanmalıyıq. Son oyunlarda həddindən artıq yanlış qərarlar vermişik. Hamı hər zaman maksimumunu ortaya qoymaq istəyirdi. Gələcəkdə birlikdə çıxış etməli və buraxdığımız qollarla bağlı problemləri nəzarət altına almalıyıq. Azarkeşlərimizin bizim üçün nə qədər önəmli olduğunu hamı bilir. Sabah yanımızda olmasalar da, arxamızda olduqlarını bilirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 20 Yanvar 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















