“Son qəpiyinə qədər kompensasiyamı aldım” “Karvan Yevlax” Azər Həşimov münaqişəsi bitdi | …
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Karvan-Yevlax”la Azər Həşimov arasında təxminən iki aydı davam edən münaqişə, nəhayət, dünən həllini tapdı.
Klub rəsmi sosial şəbəkə hesabında bununla bağlı məlumat yayıb: “Son bir neçə ay ərzində klubumuzla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı.
Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılıq əldə edilib və müqaviləyə xitam verilib.
Eyni zamanda, baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılıq əldə olunub.
Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik”. Azər Həşimov hər açıqlamasında almalı olduğu məbləğin yüz faizini tələb edirdi.
Həmçinin AFFA-ya da şikayət ünvanlanmışdı. Bu məsələ necə həll olundu, barışıq təşəbbüsü hansı tərəfdən gəldi?
Sualımıza cavab tapmaq üçün gənc mütəxəssislə əlaqə saxladıq: “Müqaviləmin müddəti maya qədər idi. Son qəpiyinə qədər kompensasiyamı aldım.
Tam oxu
Xəbəri oxu