“Son qəpiyinə qədər kompensasiyamı aldım” “Karvan Yevlax” Azər Həşimov münaqişəsi bitdi
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Karvan-Yevlax”la Azər Həşimov arasında təxminən iki aydı davam edən münaqişə, nəhayət, dünən həllini tapdı.
Klub rəsmi sosial şəbəkə hesabında bununla bağlı məlumat yayıb:
“Son bir neçə ay ərzində klubumuzla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı. Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılıq əldə edilib və müqaviləyə xitam verilib. Eyni zamanda, baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılıq əldə olunub. Klub olaraq bütün öhdəliklərimizi yerinə yetirmişik”.
“Müqaviləmin müddəti maya qədər idi. Son qəpiyinə qədər kompensasiyamı aldım. Bu təşəbbüs kluba yeni təyin olunmuş direktor Elvin Əjdərlidən gəldi. Məsələyə baxılmasaydı, AFFA-ya şikayət haqda məsələlərlə vəkilim Elcan Həsənli məşğul olacaqdı. Artıq hər şey qaydasındadı, razılaşdıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















