Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın gələcək kansleri Fridrix Merts hesab edir ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti qlobal maliyyə böhranı riskini artırır.
Kansler bu təhlükələrin aradan qaldırılması üçün əsas variantları açıqlayıb.
Fridrix Merts əlavə edib ki, əgər ABŞ qlobal ticarətdən tamamilə çəkilmək qərarına gələrsə, Avropa üçüncü ölkə bazarlarına yönəlməlidir.Trampın maliyyə siyasəti ABŞ və dünya iqtisadiyyatını böhrana apara bilərmi, yoxsa Tramp düzgün strategiya yürüdür?Tramp bilərək qlobal böhrana qapı açır, yoxsa qapını döyən qlobal böhrana qarşı siyasi, iqtisadi tədbir alır?
Politoloq Kazım Kazımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Almaniya və ümumiyyətlə Avropa İttifaqının ABŞ ilə son tarif siyasətindən sonra ticarətində müəyyən azalmalar gözlənilir.
Kazım Kazımov “Məsələ budur ki, dünyada ABŞ-nin yerini doldura biləcək bazarlar mövcuddurmu?
Belə baxdığımızda birincisi Rusiya ilə ABŞ arasında, Avropa İttifaqı arasında ticarət demək olar ki, çox aşağı düşüb.
Ümumiyyətlə yuxarı olsa belə, Rusiya ABŞ qədər böyük bazar deyil.