Icma.az
close
up
RU
Son tarif siyasətindən Avropa İttifaqının sonra ABŞ ilə ticarətində müəyyən azalmalar gözlənilir

Son tarif siyasətindən Avropa İttifaqının sonra ABŞ ilə ticarətində müəyyən azalmalar gözlənilir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın gələcək kansleri Fridrix Merts hesab edir ki, ABŞ Prezidenti Donald Trampın tarif siyasəti qlobal maliyyə böhranı riskini artırır. Kansler bu təhlükələrin aradan qaldırılması üçün əsas variantları açıqlayıb. Fridrix Merts əlavə edib ki, əgər ABŞ qlobal ticarətdən tamamilə çəkilmək qərarına gələrsə, Avropa üçüncü ölkə bazarlarına yönəlməlidir.Trampın maliyyə siyasəti ABŞ və dünya iqtisadiyyatını böhrana apara bilərmi, yoxsa Tramp düzgün strategiya yürüdür?Tramp bilərək qlobal böhrana qapı açır, yoxsa qapını döyən qlobal böhrana qarşı siyasi, iqtisadi tədbir alır?

Politoloq Kazım Kazımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Almaniya və ümumiyyətlə Avropa İttifaqının ABŞ ilə son tarif siyasətindən sonra ticarətində müəyyən azalmalar gözlənilir.

Kazım Kazımov

“Məsələ budur ki, dünyada ABŞ-nin yerini doldura biləcək bazarlar mövcuddurmu? Belə baxdığımızda birincisi Rusiya ilə ABŞ arasında, Avropa İttifaqı arasında ticarət demək olar ki, çox aşağı düşüb. Ümumiyyətlə yuxarı olsa belə, Rusiya ABŞ qədər böyük bazar deyil. Çünki 2024-cü ildə Avropa İttifaqının ABŞ ixrac dəyəri iki trilyon dolları keçmişdir. Baxdığımızda Çinə və Hindistana olan ixracat da bu rəqəmlərlə müqayisə edilə bilməz. Yəni onların toplamı belə 400-500 milyard dollar edər ki, bu da belə desək, 400 faiz, dörd dəfə daha artıqdır. Bu səbəbdən də, üçüncü ölkəyə yönəlmə, çox da belə deyək ki, gözlənilən bir şey deyil”-deyə politoloq qeyd edib.

Kazım Kazımov bildirib ki, ABŞ olan ixracat digər ölkələrə edilə biləcəkmi və ya əgər ölkələrin ehtiyacı varmı? Politoloqun fikrincə, bu da tam olaraq balanslaşdırıla bilməz.

“Böyük ehtimal ki, ABŞ-nin istədiyi şərtlər tam olmasa da, Avropa İttifaqı yeni müzakirələrə cəhd edəcəkdir. Ümumiyyətlə, Trampın tarif siyasətinə qaldıqda, bəli, bu ilk dövrlər üçün müəyyən dünyada silkələnmələr meydana gətirmişdir. Birja rəqəmlərinin oynaması, ticarətdə tariflərin və satılan malların qiymətlərinin qalxması məsələsi var. Lakin Tramp müasir dünyada izolyasiya siyasətinə yenidən qayıtdı. Tramp daha çox borclanan Amerika deyil, özü ixrac edən və özü istehsal edən bir Amerika siyasətini həyata keçirir. Bu, təbii ki, riskli bir yoldur. Bu, olmaya da bilər”-deyən politoloq qeyd edib ki, ilk dövrdə qiymətlərin hazırda qalxmağı və inflyasiyanın yüksəlməsi ehtimalı var.

“Əgər bu proses davamlı inkişaf edərsə, ABŞ gələcəkdə daha yaxşı iqtisadi göstəricilərə səbəb olacaq”-deyən Kazım Kazımov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri