Sonaxanım Əliyevadan etiraf: Məni teatrdan məcburi uzaqlaşdırdılar

17.11.2026

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

0:00 / 0:00x1

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktrisa Sonaxanım Əliyeva çalışdığı teatrdan məcburi şəkildə uzaqlaşdırıldığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb.

Onun sözlərinə görə, teatr rəhbərliyi səhnədən uzaqlaşması üçün qarşısına şərt qoyub:

"2010-cu ildə mənə dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə işdən çıxaracağıq. 51 yaşıma çatmışam, ömrümün 31 ilini bu sənətə həsr etmişəm. Bundan sonra hansı işin qulpundan yapışa bilərəm? Sənətimi təmənnasız sevdim. Teatr üçün burnumun ucu göynəyir".

Sonaxanım Əliyeva bildirib ki, onun bu vəziyyətə düşməsində teatrın o zamankı rəhbərliyini günahlandırır:

"İstəmirəm onun adını çəkim. Bu, onun üçün çox olar. Biz onunla qastrollara getdik, yanımda oturub mənimlə çörək kəsdi, amma bu işi gördü. Utanmadı".

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sonaxanım Əliyevanı teatrdan məcburi uzaqlaşdıran şəxs Gənc Tamaşaçılar Teatrının həmin vaxtkı direktoru Mübariz Həmidov olub.

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью