Sonaxanım Əliyevadan etiraf: Məni teatrdan məcburi uzaqlaşdırdılar
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
0:00 / 0:00x1
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə etAktrisa Sonaxanım Əliyeva çalışdığı teatrdan məcburi şəkildə uzaqlaşdırıldığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb.
Onun sözlərinə görə, teatr rəhbərliyi səhnədən uzaqlaşması üçün qarşısına şərt qoyub:
"2010-cu ildə mənə dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə işdən çıxaracağıq. 51 yaşıma çatmışam, ömrümün 31 ilini bu sənətə həsr etmişəm. Bundan sonra hansı işin qulpundan yapışa bilərəm? Sənətimi təmənnasız sevdim. Teatr üçün burnumun ucu göynəyir".
Sonaxanım Əliyeva bildirib ki, onun bu vəziyyətə düşməsində teatrın o zamankı rəhbərliyini günahlandırır:
"İstəmirəm onun adını çəkim. Bu, onun üçün çox olar. Biz onunla qastrollara getdik, yanımda oturub mənimlə çörək kəsdi, amma bu işi gördü. Utanmadı".
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sonaxanım Əliyevanı teatrdan məcburi uzaqlaşdıran şəxs Gənc Tamaşaçılar Teatrının həmin vaxtkı direktoru Mübariz Həmidov olub.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 17 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















